Accessibility links

Kürd yaraqlılar Türkiyənin 8 əsgərini öldürüb


Toqquşma zamanı 12 yaraqlının həlak olduğu bildirilir

Türkiyə ordusu bildirir ki, İraq sərhəddi yaxınlığındakı keçid məntəqəsində kürd yaraqlıları ilə türk əsgərləri arasında baş vermiş toqquşma nəticəsində 20 nəfər həlak olub. Bir neçə nəfərin isə yaralandığı bildirilir. Rəsmilər deyir ki, hücum bu gün səhər Kürdüstan Fəhlə Partiyası kimi tanınan PKK qruplaşması həyata keçirib. Ordu rəsmiləri toqquşma zamanı 12 PKK döyüşçüsünin öldüyünü bildirib. Türkiyədən gələn başqa bir xəbərə görə, bu gün qırıcı təyyarələr İraqın şimal sərhəddi boyunca kürd yaraqlılarının mövqelərini bombalayıb. Türkiyə qoşunları və hərbi təyyarələri habelə İraqın şimalına keçərək sərhəd keçid məntəqəsinə hücum edən yaraqlıları təqib edib. Baş nazir Rəcəp Tayyib Ərdoğan deyib ki, PKK-ya qarşı mübarizə “terror təşkilatı” yox edilənə qədər davam edəcək.

XS
SM
MD
LG