Accessibility links

Kürdlər uşaqlarının PKK tərəfindən oğurlandığını deyirlər [Video]


Kürdlər uşaqlarının PKK tərəfindən oğurlandığını deyirlər
please wait

No media source currently available

0:00 0:03:18 0:00

Türkiyədə uşaqlarının kürd üsyançı təşkilatı PKK tərəfindən oğurlandığını deyən kürd ailələrinin sayı artmaqdadır. PKK təşkilatı bu ittihamı rədd etsə də, Türkiyənin baş nazirinin məsələ ilə məşğul olması onsuz da durğunda olan sülh prosesinə öz təsirini göstərir.

Yayın isti günləri kürd təşkilatı PKK tərəfindən son aylar oğurlanan uşaqların ailə üzvləri bir araya gəlib. Hər kəs əlində öz uşağının şəklini tutub. Oğurlanan uşaqlardan bəziləri 14 yaşlarında olub. Oğlu oğurlanan analardan biri Sürəyya Toklar: “Mən oğlumun onlara qoşulduğuna inanmıram, onda onlara belə bir rəğbət yox idi. Mən əminəm ki, onu aldadıblar və o özü onlarla getməyib. Mən oğlumu geri istəyirəm.”

Valideynlər uuşaqlarının Türkiyə ilə sərhəddə dağlarda, İraq Kürdüstanındakı bazalarda gizlədildiyini deyirlər.

Son 30 ildir davam edən münaqişə zamanı minlərlə gənc kürd qız və oğlan PKK-ya qoşulmaq həvəsi ilə dağlara gedib. Indiyədək onların oğurlandığı barədə heç kəs danışmamışdı. Lakin Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan həmin ailələrin müraciətinə biganə qalmayıb. Bu məsələ hökumətlə üsyançı qrup arasında sülh danışçıqlarının davam etdiyi vaxt qaldırılıb.

Ədalət və İnkişaf Partiyasının bildirdiyinə görə, sülh prosesi insanların PKK əleyhinə danışmağa başlamasına imkan verib. Partiyanın üzvü Fatma Oncu: “Bu, sülh təşəbbüslərindən irəli gələn bir çağırışdır. Qadınlar indi küçələrə çıxaraq, uca səslə uşaqlarının PKK tərəfindən aparlıdığını deyir. Partiya olaraq biz bu prosesdə qadınları hər bir şəkildə dəstəkləyirik. ”

Lakin PKK təşkilatını dəstəkləyən kürd tərəfdarı siyasi qruplar uşaqların oğurlandığına dair iddiaları rədd edir. Onlar PKK-ya qoşulanların könüllülər olduğunu deyərək, hökuməti belə şaiyələr yaymaqla sülh prosesindən yayınmaqda ittiham edirlər.

Demokratik Toplum Konqresindən Edip Yaşar: “Oğurluq haqda bu iddialara kim inanacaq? Hökumətin bu bəyanatlarına gülürlər. Hökumət nə dediyinə özü də inanmır. PKK Cenevrə Konvensiyasına imza atdığını və yaşı 16-dan aşağı olan uşaqların hərbi strukturlara cəlb edilmədiyini bildirib. Onlar evə qayıtmaq istəyən uşaqları geri qaytaracaqlarını deyib.”

PKK-nın vədlərinə isə həm şübhə ilə, həm də ümidlə yanaşılır. Sürəyya Toklar: “Bu analar öz mövqelərində qətidir və onlar uşaqları qaytarılmayana qədər heç bir yerə getməyəcək. Mənim oğlumun 14 yaşı var, İnşaallah onlar onu geri göndərəcək. Biz gözləyirik.”

PKK-ya uşaqların qaytarılması üçün vaxt verilməyib. Lakin müşahidəçilər deyir ki, hökumət və kürd tərəfdarı qüvvələr arasında sülh danışıqlarının durğunluq mərhələsində olmasına görə bu ailələr çox gözləməli ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG