Accessibility links

Kurt Volker: 2017 Ukrayna münaqişəsində ən ağır il olub


ABŞ-ın Ukrayna münaqişəsi üzrə xüsusi səfiri deyib ki, 2017-ci il bu regionda üç il əvvəl zorakılıqlar başlanandan bəri ən qanlı il olub və gərginlik artmaqda davam edir.

Kurt Volkerin dekabrın 19-da verdiyi bu bəyanatdan az əvvəl beynəlxalq müşahidəçilər Ukraynanın şərqində, Donbas regionundakı Novoluhansk şəhərinin gecə saatlarında intensiv atəşə tutulduğunu bildirmişdilər.

BMT rəsmiləri bu atışma nəticəsində 8 nəfərin xəsarət aldığını və onlarla evin zədələndiyi haqda xəbər veriblər.

Çoxları bu münaqişənin donmuş və sakit vəziyyətdə olduğunu düşünürlər, amma əslində bu belə deyil.
Kurt Volker

Volker Vaşinqtondakı Atlantika Şurasında etdiyi çıxışda bildirib ki, “çoxları bu münaqişənin donmuş və sakit vəziyyətdə olduğunu düşünürlər, amma əslində bu belə deyil”.

“Bu tamamilə yanlışdır. Burada böhran var. 2017-ci il münaqişənin ən zorakı ili olub və dünənki gecə ən zorakı gecədir. Hər halda fevraldan belədir…”, Volker deyib.

Volker diqqəti belə bir məqama çəkib ki, atəşkəsin pozulması ilə “kütləvi eskalasiya” Rusiyanın öz hərbi əlaqələndiricilərini Ukrayna ilə müştərək atəşkəsə nəzarət şurasından geri çağırması ilə eyni vaxta təsadüf edib.

ATƏT-in müşahidə missiyasının üzvü Donetsk şəhəri ətrafında ərazini yoxlayır
ATƏT-in müşahidə missiyasının üzvü Donetsk şəhəri ətrafında ərazini yoxlayır

O habelə xəbərdarlıq edib ki, Rusiya tərəfindən dəstəklənən qüvvələr Donetsk şəhərinin sutəmizləyici qurğusunu ələ keçirməyə çox yaxındırlar. Volker tərəfləri ağır silahları təmas xəttindən geri çəkməyə çağırıb.

ATƏT-in müşahidə missiyası bildirir ki, Ukraynanın şərqində təhklükəsizlik vəziyyətinin pisləşməsi fevraldan bəri ən ağır həddinə çatıb.

Burada böhran var. 2017-ci il münaqişənin ən zorakı ili olub və dünənki gecə ən zorakı gecədir. Hər halda fevraldan belədir.
Kurt Volker

Volker bu ilin əvvəllərindən Ukrayna, Rusiya, habelə Fransa və Almaniya tərəfindən əldə olunmuş Minsk razılaşmasının həyata keçirilməsinə çalışırdı. Lakin 2015-ci ildə imzalanmış sazişi hələ də icra etmək mümkün olmayıb.

Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvanı şərqi Ukraynaya BMT qoşunlarının yeridilməsi zəruriliyinə inandırmağa çalışır. Lakin tərəflər arasında bu qüvvələrin şərqi Ukraynanın məhz harasında olacağına dair fikir ixtilafı var.

Qərb BMT sülhməramlılarının həm də Ukrayna-Rusiya sərhədində yerləşdirilməsini təklif edir. Moskva bu təkliflə razılaşmır və israr edir ki, bu qüvvələr yalnız qarşı duran tətəflər arasına yeridilə bilər.

XS
SM
MD
LG