Accessibility links

Trampın kürəkəni Rusiya ilə sözləşmə iddiasını inkar edir [Video]


Trampın kürəkəni Rusiya ilə sözləşləşməni inkar edir
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Trampın kürəkəni Rusiya ilə sözləşləşməni inkar edir

Donald Trampın Ağ Evdə ən yaxın adamı hesab edilən Cared Kuşner Rusiya rəsmiləri və Moskva ilə bağlantıları olan digər insanlarla dəfələrlə görüşdüyünü etiraf etsə də, həmin görüşlərdə qeyri-qanuni heç nəyin müzakirə etmədiyini bildirib.

“Mənim Rusiya ilə heç bir sözləşməm olmayıb. Bundan əlavə, mən bizim kampaniyada onlarla sözləşməyə gedən heç kimi tanımıram. Mənim onlarla heç bir qeyri-qanuni münasibətlərim olmayıb.”

Prezident Tramp Rusiya istintaqı ilə bağlı qəzəbini Tvitter vasitəsilə ifadə etdiyi halda, Kuşner daha incə tənqidə üz tutaraq, Ağ Evin bu istintaqı Trampın seçki qələbəsinin legitimsizləşdirmək cəhdi kimi qiymətləndirdiyini bildirdi.

“Donald Tramp daha yaxşı seçki mesajı və daha ağıllı seçki kampaniyasına malik olduğu üçün qalib gəlib. Bunun əksini iddia etmək onun seçicilərini ələ salmaqdır.”

Bu sözlərdən bir neçə saat öncə Kuşner Kapitoli binasına gedərək, üç saat ərzində Senatın Kəşfiyyat Komitəsi müstəntiqlərinin sualarını cavablandırıb.

Oğul Tramp və seçki kampaniyasının sabiq rəhbəri Pol Manafort isə Senatın digər panellərinin suallarını cavablandırırlar. Onların hər üçü keçən ilin iyun ayında rusiyalı vəkil və Moskva ilə əlaqələri olan digər insanlarla görüşüblər. Oğul Trampın yayılan məktublarına əsasən bu görüşlərdə onlar 2016-cı il prezident seçkilərində Trampın rəqibi Hillari Klintona zərər vuracaq məlumat əldə edəcəklərinə ümid edirdilər.

Lakin Kuşner bəyatından bildirib ki, o, nəyin müzakirə ediləcəyini bilmədiyi görüşə gecikmişdi və çatanda rusiyalı uşaqların qəyyumluğa götürülməsi müzakirəsini eşidib.

“Aydın idi ki, vəkilləri onu yaxşı hazırlayıblar. Həm də aydın ki, o, ehtiyat üçün yalnız özü haqqında danışırdı və oğul Tramp da daxil olmaqla kampaniyada iştirak edən digərlərin nə edib və ya etmədiyi haqqında bir fikir bildirmədi.”

Bəzi qanunvericilər Kuşnerdən daha çox məlumat tələb edirlər. Demokrat senator Ron Vayden deyib ki, Kuşnerin bəyanatından sonra çoxlu suallar ortaya çıxıb və onun dediklərinin həqiqət olduğunu deməyə heç bir əsas yoxdur. Vayden Kuşnerin and içərək, açıq dinləmələrdə ifadə verməsini istəyir.

XS
SM
MD
LG