Accessibility links

Kyiv meri yeni komendant saatını ləğv edib


Vitali Kliçko
Vitali Kliçko

Kyivin meri Vitali Kliçko şəhər ətrafında döyüşlər davam etdiyi bir vaxt paytaxtda uzun komendant saaatı tətbiq etmək qərarını ləğv edib.

“Hərbi komendantlıqdan yeni məlumat: Kyivdə sabah komendant saatı qüvvəyə minməyəcək,” Kliçko Telegram kanalında elan edib.

Axşam saat 8-dən martın 27-də səhər saat 7-dək davam edəcək adi komendant saatı davam edəcək, amma insanlar “bazar günü Kyivdə sərbəst hərəkət edə biləcəklər,” o əlavə edib.

Bundan öncə Kliçko Ukrayna paytaxtındamartın 26-dan başlayaraq martın 28-nə qədər komendant saatnın tətbiq ediləcəyini bildirmişdi.

“Hərbi komandanlıq komendant saatını bərpa etməyə qərar verib.” Komendant saatı martın 26-da axşam saat 8-də başlayacaq və martın 28-də səhər saat 7-dək davam edəcək,” Kliçko Telegram-da demişdi.

Komendant saatı zamanı Kyiv sakinlərinə evlərini yalnız bombadan sığınacaqlara getmək üçün tərk etməyə icazə verilir.

Kliçko demişdi ki, mağazalar, apteklər, yanacaq doldurma məntəqələri və ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Kyivin yaxınlığındakı döyüşlərdə həftələrdir irəliləyiş yoxdur, belə ki, Rusiyanın iki əsas zirehli maşınlarından ibarət karvanı şəhərin şimal-qərbində və şərqində ilişib qalıb.

XS
SM
MD
LG