Accessibility links

"Lantos" mükafatına layiq görülənlər [Video]


"Lantos" mükafatına layiq görülənlər
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Dünyanın müxtəlif guşəsindən olan 3 qadın illərdir insan haqları müdafiəsində çempion olub. Eyni zamanda bu illər ərzində onlar həbslərə, ölüm təhdidlərinə məruz qalıb və gizlənməyə məcbur olublar.Bu yaxınlarda Vaşinqtonda keçirilən Beynəlxalq İnsan Haqları gününə həsr edilmiş gecədə onların cəsarəti yüksək qiymətləndirilib.

Həbs, ölüm təhdidləri, zorakılıq və məcburi evlilik kimi hallardan sonra bu 3 qadın mübarizəyə qalxıb. Bütün maneələrə baxmayaraq, Rəbiyə Kadir, İrşad Manci və Ayan Hirsi Əli baş verənlərə qarşı çıxmaq və danışmaq qərarına gəlib. Onların hər üçü “Lantos”a, insan haqları müdafiəçisi, konqresmen Lantosun adını daşıyan mükafata layiq görülüb. Holokost qətliamından sağ çıxan Tom Lantos Konqresə seçilən yeganə nümayəndə kimi insan haqlarının müdafiəsi uörunda mübarizə aparıb.“Lantos” fondu bu mükafatı hər il təqdim edir.

Ayan Hirsi Əli qadın sünnəti də daxil edilməklə, zorakılıqlara məruz qalıb. Somalidən Hollandiyaya qaçmazdan əvvəl o, məcburi ərə verilib. Orada o, Hollandiya parlamenti üzvünün evində xadimə işləyib. Ayan Hirsi hesab edir ki, hər bir mədəniyyət və ya dində qadına qarşı zorakılıq qəbuledilməzdir.

“Məsələ mənim dinimdədir. Mənim boya-başa çatdığım dindədir. Mən daha müsəlman deyiləm, Lakin mənim boya-başa çatdığım din insanları qətlə yetirən, anti-semit, homoseksualları yüksək binalardan atan, bir dindir və mən buna görə utanıram, Mən bütün bunlara görə məsuliyyət hiss edirəm.” deyə, Ayan Hirsi Əli bildirir.

Kanadadan müsəlman İrşad Manci İslamda islahatlara çağıranlardan biridir. Ona qarşı dəfərlələ ölüm təhdidləri olub. “Bu mükafat mənim üçün hər bir insanın layiq olduğu inkişaf etmək kimi nadir bir keyfiyyət göstəricisidir. Bizim çoxumuz bu imkandan imtina edirik. Bu,üzləşdiyimiz qorxular qarşısında düz iş görülməsinə mənəvi təşviqdir.

Rəbiyyə Kadir isə Çində hüquqları pozulan müsəlman uyğurların haqları yolunda mübarizə aparır. Onu “Uyğur anası” çağırırlar. Rabiyyə Kadir səylərinə görə 6 il həbs cəzası çəkib.

Bu üç qadın bütün baş verənləri arxada qoya bildi. Rəbiyyə Kadirin dediyi kimi, nəhayət onlar yaşadıqlarını başa düşdü.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG