Accessibility links

Kütləvi qatillər silahları qanuni alaraq, modifikasiya edirlər [Video]


Kütləvi qatillər silahları qanuni alaraq, modifikasiya edirlər
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Ətrafınıza diqqətlə baxın. Las Veqasda insanlar silahı sevir. Dükan və atıcılıq sahələri sərt silah qanunları tətbiq olunan ölkələrdən gələn turistləri cəlb edir. Tapança ilə bir saat atəş açmaq üçün 90 dollar ödəyən, sonra isə M-16 avtomatının tətiyini çəkən Alan Ebbs kimi.

“Bu bir az qorxulu idi. Onun sürəti inanılmazdır. 25 atəş. Hamısı da bir neçə saniyə içində…”

Bazar gecəsi konsert dinləyicilərinə açılan atəş təxminən eyni sürətlə idi. Polis Stiven Peddokun 32-ci mərtəbədə yerləşən bu pəncərədən atəş açdığını və otağında 20-dən çox silahın olduğunu deyir.

Bob İrvinin AR-15 tüfəngi var. Polis deyir ki, Las Veqas qətliamında eyni tüfəngdən istifadə edilib. Yarı-avtomatik olan bu silahın alışı ABŞ-da qanunidir. Bildirilir ki, Peddok öz tüfəngini tam avtomatik etmişdi. Biz İrvindən bu cür silahın necə fərqləndiyi soruşduq.

Amma…

“Fərdin silahı avtomatik etməsi 1986-cı ildən bəri qadağandır. Nöqtə.”

Yalnız bir istisna var. Ehtiyat daraq əlavə etməklə. Polis deyir ki, Peddok 12 silahına belə əlavələr edib. Titəyin modifikasiyasının bu yeni üsulu tam qanunidir.

Lazım olan hər şeyi İnternetdə almaq mümkündür. 100 dollara qədər məsrəflə silahı modifikasiya etmək olar.

Nevada ştatında silah almaq üçün kriminal tarixçənin yoxlanılması və örtülü silah gəzdirmək üçün icazə tələb olunur. Lakin Silahlı Zorakılığın Qarşısı Alınması Mərkəzi ştatın qanunlarını kafi qiymətləndirir.

Ştatın iki silah dükanının sahibləri deyiblər ki, Peddok dükanlarında bir neçə silah alıb və alış prosesi ştat və federal qaydalara uyğun olub.

İrvin daha öncə Las Veqasda silah dükanına və atıcılıq sahəsinə sahib olub.

“Bu silahlı yaxşı insanların cinayət törətməsi problemi deyil. Bu cinayətkarların cinayət törətməsi problemidir.”

Ebbs və onun irlandiyalı dostları həmin gecə konsertdə baş verən xaosun içində idilər. Buna baxmayaraq, onlar avtomatik silahdan istifadə etmək üçün atıcılıq sahəsinə baş çəkiblər.

“Atışmanın şahidi olduqdan sonra mənim buna qarşı mövqeyim daha da sərtləşib. Lakin nəzarət olan mühitdə bu normaldır.”

Birmənalı olaraq 32-ci mərtəbədən insanlara atəş açmaq normal hesab edilə bilməz.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG