Accessibility links

Livanda gərginlik artır


Livanın təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, yüksək rütbəli zabitin qətlindən sonra baş qaldıran gərginlik Beyrutun cənub bölgəsində davam edərək, bu gün azı altı nəfərin yaralanmasına səbəb olub.

Kaskas mahalında sünnilərlə şiələr arasında baş verən toqquşmanın qarşısının alınması üçün ordudan və tanklardan istifadə edildiyi bildirilir.

Livanın şimal bölgəsindəki Tripoli şəhərində baş verən qarşıdurma zamanı isə bir nəfərin öldüyü, 10 nəfərin yaralandığı deyilir.

Bu arada bir qrup etirazçı Livanın baş naziri Nəcib Mikatinin ofisi qarşısında çadırlar quraraq, baş nazirin istefasını tələb edir.
XS
SM
MD
LG