Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın deputatlığa namizədliyini irəli sürəcəyi barədə məlumatlar həqiqətə uyğun deyil. Bu barədə Heydər Əliyev Fondunun ictimaiyyətlə əlaqələr departamentinin məlumatında deyilir.
“Leyla Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, eyni zamanda incəsənət, sosial, ekoloji sahələrdə müxtəlif layihələrin müəllifi və təşəbbüskarı kimi tanınır. Lakin hazırda Leyla Əliyevanın millət vəkilliyinə namizədliyini irəli sürməsi məsələsi həqiqətə uyğun deyil və bununla bağlı yayılan məlumatlar əsassızdır”, - bəyanatda deyilir.
Qeyd edək ki, L.Əliyevanın deputatlığa namizədliyinin irəli sürülməsi ideyası hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzovdan gəlib. Onun sözlərinə görə, YAP-a partiya üzvlərinin Leyla Əliyevanın namizədliyinin irəli sürülməsi üçün çoxsaylı müraciətlər daxil olub.