Accessibility links

Liberalizm və münaqişələrin həlli


Müharibə
Müharibə

Postsovet məkanında hələ də SSRİ-nin dağılması zamanı yaranan münaqişələrin həllində irəliləyiş yoxdur

Noyabrın 30-da Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin (MBAM) təşkil etdiyi “Postsovet təfəkkürün qurulması: liberalizm və münaqişələrin həlli” mövzusunda dəyirmi masa keçirilib.

Görüş iştirakçıları postsovet məkanında hələ SSRİ-nin dağılması zamanı yaranan münaqişələrin həllində irəliləyiş olmadığını qeyd ediblər.

Münaqişələrin nizamlanmasına yeni yanaşmaların olması zərurəti vurğulanıb və qeyri-demokratik rejimlər sülh yolu ilə tənzimlənməyə mənfi təsir göstərir.

Lakin demokratiya təkcə seçkilər deyil, bərabərhüquqluluğu, azad və açıq müzakirələri təmin edən sabit institutların formalaşdırılmasıdır, deyə MBAM sədri Leyla Əliyeva bildirib.

Tolerantlıq, inklüzivlik və bütün insanlar üçün bərabərhüquqluluq liberal azadlıqların dayandığı üç sütundur. Bu dəyərlərin hökmranlığı dar milli mənsubiyyətdən daha qlobal birliyə doğru vətəndaşların özünüidentifikasiyasını genişləndirir. Misal kimi o, Skandinaviya ölkələrini göstərib.

Gürcüstanın İliya Universitetindən Giya Nodianın fikrincə, liberalizm mövcud etnik-siyasi münaqişələri tənzimləmək iqtidarında deyil.

“Gürcüstanda 2008-ci il müharibəsindən sonra gürcü cəmiyyətində Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllinin Rusiya və ABŞ arasında hansısa razılaşmalar əldə edilməsi sayəsində mümkün olduğu barədə xülyalar tamamilə aradan qalxdı”, deyə Nodia bildirib.

Lakin liberalizm yeni münaqişələrin yaranmasının qarşısını ala bilər. “Liberalizm rasional və praqmatik təfəkkürü, başqalarının hüquq və maraqlarının başa düşülməsini və onlara hörməti öyrədir, münaqişələrin inkişafı üçün zəmini aradan qaldırır”, deyə Nodia bildirib.

Azərbaycanlı filosof Rəhman Bədəlov hesab edir ki, Qarabağ münaqişəsinin nizamlanmamasının səbəblərindən biri real danışıqların olmamasıdır. Onun fikrincə, tərəflər üçüncü qüvvələrə göstərmək üçün danışıqlar aparır.

Danışıqlar o zaman səmərəli ola bilər ki, milli və tarixi arqumentlər bir kənara qoyulsun. Ən azından, bu şəkildə ziyalı elitalar arasında dialoq başlaya bilər.
Rusiya Elmlər Akademiyasının Sibir şöbəsinin Fəlsəfə və Hüquq İnstitutundan Nikolay Rozov bildirib ki, postsovet məkanında münaqişələrin nizamlanmasında “köklü və qəddar düşmən” stereotipi aradan qaldırılmalıdır.

Nizamlanma yolu başqa insanların ləyaqətinə hörmət dəyərlərindən keçə bilər

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG