Britaniyanın Müdafiə naziri Liam Foks deyib ki, rəsmi London NATO-nun Liviya lideri Müəmmar Qəzzaəfi hökumətinə qarşı kamopaniyasında iştirak edən hərbi təyyarələrin arsenalına ağır bunker bombaları əlavə olunur. Onun bildirdiyinə görə, bir ton ağırlığı bombalar Britaniyanın Tayfun və Tornado hərbi təyyarələrinin Liviya üzərindən uçuşları icra etmək üçün havaya qalxdığı İtaliya hərbi hava qüvvələrinin bazasına gətirilib. O deyib ki, bombalar cənab Qəzzafi hökumətinin əsas etibarilə hərbi komanda postu kimi istifadə etdiyi bunkerlərə atılacaq. Liam Foksun sözlərinə görə, NATO təyyarələri cənab Qəzzafi, ya da onun köməkçilərini birbaşa vurmaycaq, lakin onlara onun sözlərilə səsi getdikcə artan mesajlar göndərəcək.