Accessibility links

Qəzzafiyə sadiq qüvvələr Liviyada iki partlayış həyata keçirib


Liviya rəsmiləri deyir ki, bu gün paytaxt Tripolidə iki nəfərin həyatına son qoyan iki bomba hücumunu həyata keçirənlər sabiq diktator Müəmmar Qəzzafiyə sadiq adamlar olub.

Partlayışlar bir-birinin ardınca liviyalılar Ramazan bayramını qeyd etmək üçün konsertə hazırlaşarkən baş verib.

İlk avtomobil Tripolidə hərbi akademiya yaxınlığında partladılıb və hadisə nəticəsində iki nəfər həlak olub. İkinci partlayış isə Daxili İşlər Nazirliyinin önündəki yolda qeydə alınıb. İkinci partlayış nəticəsində bir neçə nəfər yaralanıb. Rəsmilər partladılması planlaşdırılan 3-cü avtomobili taparaq, içərisindəki bombanı zərərsizləşdirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG