Accessibility links

Liviyanın şərqində Milli Şura yaradılıb


Liviyanın şərqində Milli Şura yaradılıb
Liviyanın şərqində Milli Şura yaradılıb

Liviyada hökumət əleyhinə nümayişlərin liderləri Müəmmar Qəzzafinin nəzarətindən çıxmış şərq bölgələrində milli şuranın yaradıldığını elan ediblər. Şuranın sözçüsü Hafiz Ğuda deyib ki, qurum müvəqqəti hökumət olmayıb, inqilaba xidmət edir. Liviyanın şərqində hökumət əleyhdarı nümayişçilər paytaxt Tripolidən 50 kilometrlik məsafədə yerləşən Zəviyyə şəhərinin nəzarətini ələ alıb. Nümayişçilərinəraizəd Qəzzafi tərəfdarlarının gözlənilən hücumunu dəf etməyə hazırlaşdığı haqda xəbər verilir. Zəviyyədə olan qərb jurnalistləri insanların Qəzzafi əleyhinə şüarlar bağırdığı haqda məlumat verir. Cənab Qəzzafi Tripoliyə nəzarət edir, lakin ölkənin şərq hissəsi bütünlüklə müxalifət qüvvələrinin nəzarətindədir.

XS
SM
MD
LG