Accessibility links

LiFi - İşıqla məlumat ötürmədə yenilik


LiFi - İşıqla məlumat ötürmədə yenilik
please wait

No media source currently available

0:00 0:02:29 0:00

LiFi - İşıqla məlumat ötürmədə yenilik

Bir çox simsiz məlumatın ötürülməsi üçün radio tezliyindən istifadə olunur. Amma bu məlumatlar hər şeyi yavaşlada bilər. Milli Elm Fondu tərəfindən dəstəklənən araşdırmaçı, məlumat göndərmək üçün işıqdan istifadə edir. Bu isə radio tezliyindən daha sürətli və təhlükəsizdir.

Kompüter sahəsində alim Şa Zoe "trafik" haqqında çox düşünür.

"Gördüyünüz problem tələbatın artımı ilə bağlıdır - trafikə olan ehtiyacımız bugünkü cihazların sayının artması ilə əlaqəlidir," Dartmouth universitetindən Şa Zoe deyir.

Asılı olduğumuz simsiz cihazların sayı artmaqdadır. Daha çox məlumat trafiki daha çox tıxac deməkdir.

Bu məlumatların əksəriyyəti şəbəkəyə qoşulmuş bütün cihazlar tərəfindən ötürülə bilməyən radio tezliyində ötürülür.

"Simsiz rabitə üçün biz hal-hazırda radio tezliyindən istifadə edirik. Görünən işıqda ünsiyyət ideyası görünən işıq spektri olan başqa bir mediuma baxmaq deməkdir,” Dartmouth universitetindən Şa Zoe deyir.

Milli Elm Fondunun dəstəyi ilə Şa Zoe və Dartmut universitetindən bir qrup tədiqaatçı evlərimizdə olan işıqlandırma cihazlarından məlumat ötürmək yollarını inkişaf etdirir. Bu Li-Fi adlanır.

“Əsas fikir bizim ətrafımızdakı işıqları simsiz ötürücülərə çevirmək - məlumatın işıq dəyişikliyi ilə kodlaşdırılmasıdır,” Dartmouth universitetindən Şa Zoe deyir.

Kiçik bir modulyasiya cihazı qoşulmuş hər hansı bir L-E-D işığı simsiz şəbəkə cihazına çevrilə bilər.

“Onun daha geniş keçirmə sahəsi var. Bu həm də işığın divardan keçə bilmədiyindən daha təhlükəsizdi. Beləliklə siz otağın içində, başqalarının məlumatlarınızı izləyə bilməsindən narahat olmayıb əlaqəni məhdudlaşdıra bilərsiniz,” Dartmouth universitetindən Şa Zoe deyir.

Bu hətta qaranlıqda da, "qaranlıq işıq" adlanan sistemdən istifadə edərək işləyə bilər.

“LED lampalarından olan çox qısa impulslar yaradırıq, onlar gözümüzə görünmürlər, lakin sensorlar tərəfindən oxuna və məlumatı ötürə bilir,” Dartmouth universitetindən Şa Zoe deyir.

Zoenin Li-Fi-ı həmçinin siqnalları qəbul edir. Bu texnoloqiya istifadəçilərə sadəcə havada hərəkətlər edərək cihazlarla əlaqə yaratmaq imkanı verir. Bu isə cihazların kiçilməsilə daha rahat olacaq.

Tavandakı işıqlar da bütün bədənin hərəkətini hiss edə bilir. Onlar bu sistemi virtual reallıq nəzarətçisi kimi sönaqdan keçiriblər, lakin bunun potensialı xeyli böyükdür.

“Əgər infrastruktur və ətraf mühit bədənimizin mövqeyini bilirsə, bu heç bir cihaz olmadan qarşılıqlı fəaliyyət göstərə bilən müxtəlif qurğular üçün giriş modulu ola bilər,” Dartmouth universitetindən Şa Zoe deyir.

Li-fi-nin əsas məhdudluğu, işığın divardan keçə bilməməsidir.

Yəni hər evdə və ya binada hər işıq ayrı-ayrılıqda İnternetə qoşulmalıdır. Bu ən azı simli işıqların bütün yeni binalara qoşulana qədər bahalı ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG