Mavritaniyan dövlət xəbər agentliyi Müəmmar Qəzzafinin keçmiş kəşfiyyat rəhbəri Abdulla əl-Senusini Liviyaya təhvil verib. Onun Liviyada məhkəmə önünə çıxarılacağı gözlənilir.
Əl-Senusi mart ayında saxta pasportla və görünüşünü dəyişərək gizli şəkildə Mavritaniyaya girməyə cəhd edərkən saxlanılıb. Hadisədən dərhal sonra Liviya rəsmiləri Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən də axtarışda olan keçmiş kəşfiyyat rəhbərinin ekstradisiya olunmasını tələb ediblər.
Mavritaniya əvvəllər israrla əl-Senusini ölkə daxilində qeyri-qanuni yolla sərhədi keçməyə cəhd etməsinə görə mühakimə etmək istəyirdi. Lakin, hökumət rəsmiləri çərşənbə günü onun Liviya təyyarəsi ilə Mavritaniyanı tərk etdiyini təsdiqləyiblər.
Beynəlxalq Cinayət Məhkəməsi iyun ayında əl-Senusinin həbsinə dair hökm çıxararaq onun insanlığa qarşı cinayətin iki ittiham aktı üzrə adam öldürmək və siyasi qətllər törətməklə "dolayı cinayətə" görə məsuliyyət daşıdığını bildirib.
1989-cu ildə Fransa mülki hava yolunun təyyarəsini partlatmaqla 170 nəfəri öldürməkdə ittiham olunan əl-Senusini ekstradisiya etmək üçün Fransa hökumət onun barəsində axtarış elan etmişdi.
Əl-Senusi Liviyanın keçmiş lideri, 2011-ci il oktyabr inqilabı ilə hakimiyyətdən devrilərək öldürülən Qəzzafinin qayını olub.