Accessibility links

Liviya düşərgələrində minlərlə miqrant aşkar edilib


Liviya düşərgələrində minlərlə miqrant aşkar edilib. Onlar Sabrata şəhəri uğrunda döyüşlər zamanı ələ keçirilib.

Sabrata Liviya sahilindən miqrantların xaricə daşınması üçün istifadə edilən əsas məkandır. Son iki həftə ərzində şəhərdə gedən döyüşlər nəticəsində yüzlərlə insan həlak olub. Rəsmilərin dediyinə görə, qarşıdurma İtaliyanın miqrant axınının qarşısının alınmasına dair razılıqdan sonra baş qaldırıb.

Hamilə qadınlar və uşaqlar da daxil olmaqla, 4 minə yaxın miqrant şəhərdə ilişib qalıb.

İŞİD əleyhinə əməliyyat otağının sözçüsü Saleh Qrasia İtaliya ilə razılığı pozan Əl-Əmmu yaraqlı qrupunu insanları buraya yığıb daha sonra göndərməyi planlaşdırmaqda günahlandırıb. Əl-Əmmudan şərh almaq mümkün olmayıb.

Razılıq miqrant axınını xeyli azaldıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG