Accessibility links

Liviyada 2 jurnalist həlak olub


Liviyada 2 jurnalist həlak olub
Liviyada 2 jurnalist həlak olub

Dünən Liviyanın müsahirədə olan Misrata şəhərində iki fotojurnalist həlak olub. Üsyançılarla hökumət qüvvələri arasında baş verən döyüşləri lentə alan digər iki jurnalistin isə yaralandığı bildirilir.

Böyük Britaniyada dünyaya gəlmiş Tim Heterinqton amansız döyüşlərin getdiyi Misratanın Tripoli küçəsində minomyot atəşi nəticəsində həlak olub. O, Oskara nominasiya olunmuş quruluşçu rejissor və müharibə fotoqrafı idi.

ABŞ-in Getty İmages şirkəti üçün çalışan Kris Hondros aldığı beyin travmalarından bir neçə saat sonra dünyasını dəyişib. O, müharibə fotojurnalistikasında ən yüksək mükafatlardan biri olan Robert Kapa qızıl medalına layiq görülüb.

XS
SM
MD
LG