Accessibility links

Vaşinqtonda lobbiçilik mədəniyyəti


ABŞ-da ictimai siyasətə dair qərar çıxarılanda onlara təsr etmək üçün korporasiyalar, himayədar qruplar, və başqaları Konqres və Hökumətin İcra Qanadı ilə işləyirlər

ABŞ-da ictimai siyasətə dair qərar çıxarılanda onlara təsr etmək üçün korparasiyalar, himayədar qruplar, və başqaları Konqres və Hökumətin İcra Qanadı ilə işləyirlər. Bu fəaliyyət lobbiçilik adlanır. ABŞ nümayəndələr palatası və senat qanunlar yaradır. Bu qanunlar sonradan riayət edilməli qaydalar toplumuna və nizamlamaya çevrilir. Məhs bu məqamda lobbiçilik meydana çıxır. Lobbiçilik Konqresin qanunvericiliyinə və İcraçı Qanad tərəfindən çıxarılmış qərarın nəticəsinə təsir etmək üçün təcrübədir. Lobbiçiliyi tənzimləyən qanunlar və Konqresin üzvlərini və hökumətə nəzarət edən əxlaq normaları da mövcuddur. Georgetown Universitetinin professoru Mark Rom sədlər barədə danışır. Mark Rom: Biz həmişə yoxlayırıq görək sədlər haradadır, qaydalar haradadır. Məsələ burasındadır ki, nəyisə etmək üçün pul verirsənsə, bu, qeyri-qanunidir. Nəyisə etmək üçün kimləsə danışırsansa, bu qanunidir. Lakin pulun siyasi prosesə gəlməsi üçün bir çox yollar mövcuddur. Bu amillər isə sədlərin müəyyən edilməsini çətinləşdirir. Və bu hal daim mübahisələr yaradır. Xəbər mətbuatı və kənar vətəndaşların nəzarət qrupu da lobbiçiliyin necə aparılmasına nəzarət edir. Bu nəzarətçilərdən biri də Vaşınqtonda Politico qəzetinin nümayəndəsi Ken Voqeldir. Ken Voqel: Lobbiçilər və lobbiçilik əksər hallarda çətin idarə olunandır. Onlar reklama, və kampaniya keçirilməsinə yardım kimi müxtəlif növ lobbiçiliyə dəqiq nə qədər pul xərclədikləri barədə hesabat verməlidilər. Və bu proses biz, yənı mətbuat və özləri-təyin olmuş əxlaq gözətçilər qrupu tərəfindən çox yaxından və diqqətlə nəzarət olunur. Əxlaq gözətçilər qrupu Vaşınqtonda fəaliyyət göstərirlər. Onlar gülməli görünən və ya qanunvericiliyin və təsirin satışı kimi görünən layiqsizlik hallarını ifşa edəndə onlar hücuma keçirlər. Və bu, layiqsizlik hallarında iştirak edən hər bir ictimai rəsm üçün potensial böyük problem olacaq. Bu elə bir ciddi problemdir ki, Konqres üzvlərindən bəzilərini həbsxanaya göndərə bilər. Kaliforniyanın San Dieqo şəhərinin konqresmeni Rəndi Dyuk Kuninqam rüşvətxorluğa və başqa bir çox cinayətdə iştirak etdiyinə görə səkkiz ildən çox müddətə məhkum olmuşdur. O, müdafiə podratçısından Vaşınqtonda su üzərində yaşamaq üçün yaxta da daxil olmaqla bir çox bəxşişlər qəbul edib. Lakin burada siyasət müəyyən edənlərin lobbiçilik sıralarına qoşulması və ya əksinə baş verən başqa bir əxlaqi məsələsi də var. Tənqidçilər bunu fırlanan qapı adlandırırlar. Fırlanan qapı keçmiş qanunvericilərə və siyasət müəyyən edənlərə qanuna və nizamlamalara müstəsna təsir göstərmək üçün imkan yaradır. Sözün əsl mənasında, Vaşınqton Post qəzeti tərəfindən keçirilən yeni araşdırma, neft və qaz sənayesi üçün dörd lobbiçidən üçünün federal dövlətə işləmiş insanlardan ibarət olduğunu aşkar edib. Və onların bir çoxu tənzimləyici vəzifələrdə çalışıblar. Prezident Obama 2010-cu ildəki Dövlət ittifaqı çıxışında bildirib “Biz lobbiçiləri nizamlamalara dair vəzifələrindən və ya federal vəzifələr və komissiyalardan xaric etmişik. Lakin bəzi lobbiçilər istisna olunur. Onlar prezidentin öz administrasiyasında fəaliyyət göstərərək, icra sərəncamlarını yerinə yetirmək məqsədi ilə lobbiçiliyə davam edirlər. Növbəti buraxılışımızda biz lobbiçiliyin necə Vaşınqtonun mədəniyyətinə yayılması və onun beynəlxalq fəaliyyətə çevrilməsi barədə danışacağıq.

XS
SM
MD
LG