Accessibility links

Londonda daha bir bıçaqlama insidenti


Bazar gün Londonda bir neçə nəfəri bıçaqladığı güman edilən şəxs polis tərəfindən vurularaq öldürülüb. Polis insidenti terrorla əlaqələndirib.

Yaxınlıqda çaışan Karker Tahir Sky News-a bildirib ki, həmin şəxsə 3 dəfə atəş açılıb. Onun dediyinə görə, polis həmin şəxsin çantasında bomba olduğuna dair xəbərdarlıq yayıb.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb. Twitter-də videolar paylaşılsa da, onlar təsdiq edilməyib. Videoların birində yaralı şəxsin küçədə uzandığı və iki polis işçisinin silahlarını ona tuşladığı göstərilib.

Britaniyanın baş naziri Boris Conson Twitter-də yazıb: “Strimhamda baş verən hadisəyə çevik cavab verən fövqəladə xidmətlərinə təşəkkürümü bildirirəm.”

Londonda daha bir hücum noyabr ayında həyata keçirilmişdi.

Britaniya polisi Londonda bir neçə nəfərin yaralandığını, iki nəfərin öldüyü və bir nəfərin güllə ilə vurulduqdan sonra saxlandığını xəbər verib.

Polis bildirib ki, əvvəlcə yerli vaxtla gündüz saat 14.00 radələrində şəhərin London Bridge metro stansiyası yaxınlığında iki nəfərin bıçaqlanması ilə bağlı çağırış alıb.

Reuters agentliyi bildirib ki, bu insidentin ardınca polis bir nəfəri güllə ilə vurub. Hakimiyyət orqanları London Bridge metro stansiyasını və yaxınlıqdakı dəmiryolu stansiyasını bağlayıb.

London meri Sadiq Xan bəyanat yayaraq bildirib ki, “Terroristlər bizi ayırmaq və həyatlarımızı viran etmək istəyir. Londonda biz onların müvəffəq olmasına imkan verməyəcəyik. ”

XS
SM
MD
LG