Accessibility links

Los Ancelesdə məktəblər təhlükə ilə əlaqədar bağlanıb


Los Anceles şəhərinin Hamilton məktəbinin qarşısında "bağlıdır" işarəsi
Los Anceles şəhərinin Hamilton məktəbinin qarşısında "bağlıdır" işarəsi

Kaliforniya ştatında Los Anceles şəhərinin ictimai məktəbləri ciddi təhlükə ilə əlaqədar bağlanıb.

"Bu, bir, iki məktəb deyil, xüsusi rəqəm göstərilməsə də çox sayda məktəbdir deyə Los Anceles birgə məktəblər dairəsinin baş inspektoru Ramon Kortinez bildirib. O, elekton poçt vasitəsilə edilmiş təhdiddə "çantalar və başqa bağlamalar"ın qeyd edildiyini və Federal Təhqiqatlar Bürosuna məlumat verildiyini deyib.

Rəsmilər mesajın məktəb heyətinin üzvünə e-mail vasitəsilə çatdırıldığını bildiriblər.

Nyu-Yorkda rəsmiləri də buna oxşar şəkildə təhdid aldıqlarını, lakin bunun sonradan əsası olmadığını müəyyən etdiklərini bildiriblər.

Bununla belə Los Anceles rəsmiləri təhdidlə bağlı mesajın təhlil edildiyini deyib. Məktələrin bağlanması San Bernardino şəhərində evli bir cütün 14 adamı qətlə yetirməsindən sonraya təsadüf edir.

Rəsmilər dərsə gələn bütün şagirdlərin evə qaytarıldığını bildirib.

Los Anceles birgə məktəblər dairəsi ölkədə ikinci ən böyük ictimai məktəblər sistemidir. Buraya daxil olan 900 məktəbdə məktəbə qədər hazırlıq sinfindən tutmuş 12-ci sinfə qədər 640 mindən çox şagird təhsil alır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG