Accessibility links

Londonlu professorlar Yunanıstandakı ixtisarların yüngülləşdirilməsinə çağırır


Yunanıstan Maliyyə naziri Evklid Tsakalotos və Avroqrupun prezidenti Ceron Dicselblom
Yunanıstan Maliyyə naziri Evklid Tsakalotos və Avroqrupun prezidenti Ceron Dicselblom

"Heç olmasa Yunanıstan dirçəlməyə hazır olanadək, qurumlar sərt qənaət tədbirlərinin yüngülləşdirilməsi üzərində razılaşmalıdırlar."

Prestijli London İqtisadiyyat Məktəbinin (LSE) 26 üzvlük professor-müəllim heyəti Yunanıstanın kreditorlarını son beş ildə tətbiq etdikləri ixtisarları yüngülləşdirməyə çağırırlar.

Açıq məktubda professorlar yazırlar: “Heç olmasa Yunanıstan dirçəlməyə hazır olanadək, qurumlar sərt qənaət tədbirlərinin yüngülləşdirilməsi üzərində razılaşmalıdırlar. Tənəzzül zamanı sərt iqtisadi tədbirlər tətbiq etmək tənəzzülü daha da dərinləşdirir.”

Tənəzzül zamanı sərt iqtisadi tədbirlər tətbiq etmək tənəzzülü daha da dərinləşdirir

Araşdırmaçılar və professorlar deyir ki, daha çox ixtisarlar Yunanıstana və kreditorlara ziyan vuracaq, çünki bu Yunanıstana borclarını qaytarmaq üçün verilən möhləti uzadacaq. Onlar əvəzində Yunanıstana daha çox pulun ayrılmasına çağırırlar.

“İnfrastrukturu bərpa edəcək və daha çox iş yerləri yaradacaq sərmayə layihələrinə daha çox pul vəsaitləri ayırmağa üstünlük verilməlidir,” deyə onlar bildirir.

Yunanıstan sərt qənaət tədbirləri həyata keçirib. Bunların sırasına pensiyaları azaltmaq daxildir ki, bu, Yunanıstan iqtisadiyyatını bərbad duruma salıb, milyonlarla insana çətinlik yaradıb və ölkəninb borclarını qaytarmasına mane olub. İşsizlik səviyyəsi 25 faizdir, iqtisadi məhsuldarlıq isə 2008-ci ildən bəri 30 faiz azalıb.

Lakin Avropa İttifaqı, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu daxil olmaqla bütün kreditorlar daha çox ixtisarların həyata keçməsinə çağırırlar. Onlar hesab edir ki, bu, Yunanıstana daha dayanıqlı maliyyə imkanları yaradacaq.

Kreditorlar Yunanıstana hazırkı borcların faizini ödəməyə imkan yaradacaq əlavə kredit vermirlər. Avropa Mərkəzi Bankı isə Yunanıstan banklarının ödəmə qabiliyyətini qorumaq və adi deponentlərin pullarını bankdan çıxaramağa imkan yaratmaq üçün gündəlik avro ehiyatlarını məhdudlaşdırıb. Yunan bankları bağlanıb, deponenetlərə isə bankomatlarda gündə 60 avro çıxarmağa icazə verilib.

Bu arada isə yanvar ayında seçilən Siriza partiyası tərəfindən idarə olunan Yunanıstan höküməti daha yaxşı kredit şərtləri tələb edir və ixtisarları həyata keçirməkdən imtina edir. Yunan seçicilər də ötən bazar günü keçirilən referendumda 60 faiz səslə bu qərarı dəstəkləyiblər.

İllərdir iqtisadçılar ixtisarların Yunanıstan kimi tənəzzülə uğramış iqtisadiyyatlar üçün faydalı olmasının səbəblərini açıqlayıblar. İndi daha çox iqtisadçı ixtisarların xeyirlərindən çox ziyanlarının olduğuna inanmağa başlayır. Lakin Yunanıstanın kreditorları bununla razılaşmırlar.

LSE müəllim heyətini üzvləri Yunanıstanı “gələcəkdə struktur inkişafları” etməsi üçün “mötəbər təkliflər” irəli sürməyə çağırırlar. Onlar deyir ki, islahatlara pensiya, ƏDV, anti-korrupsiya, vergi öhdəliyi, habelə məhsul və əmək bazarının institusional islahatları daxil olmalıdır.

Onlar həmçinin qeyd edir ki, gələcək üçün yaxşı plan investorları sabitliklə təmin edəcək və kreditorlara nəzarəti azaltmağa və böhranı sonlandırmağa imkan yaradacaq.

Yunanıstanın avrozonadan çıxmasının qarşısını almaq üçün həm kreditorlar həm də Yunanıstan hökümətinin iqtisadi cəhətdən məsuliyyətli qaydada hərəkət etməsi zəruridir

Kreditorlar razılıq əldə etmək üçün Yunanıstana bazar gününədək zaman veriblər. Əgər razılıq əldə olunmasa ekspertlər Yunanıstanın maaş və pensiyaları ödəmək üçün insanlara sertifikatlar verəcəyini gözləyirlər. Bu sertifikatlardan valyuta əvəzi istifadə olunacaq.

Bu Yunanıstanın avro valyuta sistemini tərk etməsiin ilkin addımı olacaq, lakin hər iki tərəf bu nəticədən qaçmaq istəyir.

LSE-nin məktubunda yazılır: “Yunanıstanın avrozonanın tərk etməsinin nəticələri qeyri-müəyyəndir və həm Yunanıstan, həm də avrozona üçün zərərli ola bilər. Yunanıstanın avrozonadan çıxmasının qarşısını almaq üçün həm kreditorlar, həm də Yunanıstan hökümətinin iqtisadi cəhətdən məsuliyyətli qaydada hərəkət etməsi zəruridir.”

Müəllim heyətinin üzvləri bildirir ki, bunu etmək Yunanıstanı davamlı inkişafını təmin edərdi.

XS
SM
MD
LG