Accessibility links

Luisvill şəhərinin aeroportuna Məhəmməd Əli adı verildi


Luisvill şəhərinin aeroportuna Məhəmməd Əli adı verildi
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Məhəmməd Əli boks üzrə çempion olmaqla yanaşı özünün siyası fəallığı ilə də dünyada şöhrət qazanıb. 2016-cı ildə vəfat etmiş Məhəmməd Əlinin adı iyun ayının 6-da rəsmən anadan olduğu Kentukki ştatının Luisvill şəhərinin aeroportuna verildi. Aeroporta Məhəmməd Əli adının verilməsi eləcə də onun ən qəribə xüsusiyyətini önə çəkir.

Müxbir onu nəyin narahat etdiyini soruşanda o deyir: “Döyüşdən yox, döyüşdən narahat olmuram. Təyyarədə uçmaqdan başqa heç nədən qorxmuram”.

Çoxları Məhəmməd Əlinin heç bir boksçudan qorxmadığını, başqa bir şeydən qorxduğunu deyərdilər. “Mən təyyarənin qəzaya uğrayaraq parçalanacağını düşünür və özüm özümə "mən niyə tələsdim, gərək avtobusla gedəydim. Allahım məni buradan qurtar, gələn dəfə qatarla gedəcəyəm" dedim” - deyə, Məhəmməd Əli bildirir.

Onun təyyarə qorxusu hamıya məlum idi. Məhəmməd Əlinin dostu Rudolf Davidson: “O, yalnız bir şeydən, uçuşdan qorxurdu. Rinqdə isə o, tamamilə başqa bir insan olurdu.”

Qəribəsi də budur ki, Əlinin adı aviasiya dünyasının bir hissəsi oldu. Luisvill şəhərinin meri Qreq Fişer: “Ona görə də biz fikirləşdik ki, aeroporta Məhəməd Əlinin adını verməklə biz mərhum boksçuya deyirik "Ok, Məhəmməd, artıq uçuşdan qorxunu geridə qoymağın vaxtı çatıb."

Bu ilin yanvar ayında Luisvill Regional Hava Limanı İdarə Heyəti beynəlxalq aeroporta əfsanəvi şəxsin adını vermək üçün səs verib. “Buna görə komitə yaradıldı. Bir il yarımda dəfələrlə görüş keçirildi və nəhayət Luisvill aeroportunun rəsmi adının Məhəmməd Əli Beynəlxalq Aeroportu olmalı olduğu qənaətinə gəlindi” - deyə, Luisvill Regional Hava Limanının rəsmisi Den Mann bildirir.

İslamı qəbul edən siyası fəal Məhəmməd Əli eləcə də Vyetnam müharibəsinə getməkdən imtina etdiyi üçün cəzalandırılmışdı. “Məhəmməd Əli Mərkəzi”nin prezidenti Əlinin adının aeroporta verilməsinin onun irsinın önə çəkilməsi demək olduğunu düşündüyünü deyir. Donald Lasser: "Beləliklə, ictimaiyyət hava limanının adının niyə dəyişdirildiyini və bunun “Məhəmməd Əli Mərkəzi”, ailəsi, ölkəsi və dünya üçün nə dərəcədə vacib olduğunu bilməsinə əmin olmalıdır".

Luisvilldə anadan olan və boya-başa çatan Məhəmməd Əli 2016-cı ildə orada vəfat edib. Kentukki ştatının bu şəhəri isə hələ də ən məşhur oğlunun xatirəsini şərəfləndirməkdə davam edir.

XS
SM
MD
LG