Accessibility links

Mühəndis hesabatı: Mayamidə çökən binanın "quruluşuna böyük ziyan dəymişdi"


The New York Times şənbə günü xəbər verib ki, cümə axşamı ABŞ-ın cənubunda yerləşən Florida ştatında çökən 13 mərtəbəli yaşayış binası ilə bağlı bir mühəndisin üç il öncə hazırladığı hesabatda bildirilib ki, binanın quruluşuna hovuzun altındakı beton plitədə “böyük ziyan dəyib.”

Bundan əlavə mühəndis binanın altındakı avtomobil dayancağının divarlarında, dirəklərdə və sütunlarda “çox sayda” çatlaqlar və ovxalanmaların müşahidə olunduğunu deyib.

The New York Times bildirib ki, “yaxında başlamalı olan multi-milyon dollarlıq təmir layihəsi” bu hesabata əsaslanırdı”

Qəzet bildirib ki, bələdiyyə rəsmiləri mühəndisin hesabatını cümə günü paylaşıb.

2018-ci ildə hazırlanan hesabatda binanın çökəcəyinə dair hər hansı sübut irəli sürülməsə də, bildirilib ki, “betondakı xətaların çoxu vaxtında təmir olunmalıdı.”

The Washington Post isə ötən il aparılan araşdırmaya istinad edərək bildirib ki, bina Mayami Biç ərazisinin üzərində yerləşdiyi sədd adasında süni yaranan torpaq üzərində inşa olunub və ərazi 1990-cı illərin başından bəri tədricən batır.

Hadisəyə bu amillərin səbəb olub-olmadığı bəlli deyil.

Xilasedicilər cümə günü ağır avadanlıqlardan istifadə edərək çökən binanın dağıntıları altında qalanları axtarıblar. Rəsmilər dörd nəfərin öldüyünü təsdiq edib, 159 nəfərin isə hələ də itkin olduğunu bildirir.

Mayaminin yaxınlığındakı Surfside şəhərindəki xilasedicilər dağıntıları kranlar və əlləri ilə təmizləyiblər.

Mayami şəhərinin və ətrafındakı Deyd Mahalının rəsmləri cümə günü hadisə yerində mətbuat konfransı keçiriblər. Bina yerli vaxtla çərşənbədən cümə axşamına keçən gecə saat 1:30-da çöküb.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG