Accessibility links

Müharibə Uşaqları Muzeyi müharibənin ən günahsız qurbanlarını sənədləşdirir


Müharibə Uşaqları Muzeyi müharibənin ən günahsız qurbanlarını sənədləşdirir
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Müharibə Uşaqları Muzeyi müharibənin ən günahsız qurbanlarını sənədləşdirir

Sarayevodakı bu muzey müharibə dövründə böyüyən uşaqların həyatlarını əks etdirən bəlkə də yeganə muzeydir. 2017-ci ildə Bosniya müharibəsindən 20 il sonra yaradılan Müharibə Uşaqları Muzeyi bu günlər Vaşinqtonda öz müvəqqəti sərgisini açıb.

Bu muzey onun həsr olunduğu insanların özləri kimi çox gəncdir. ABŞ paytaxtı Vaşinqtonda yerləşən Müharibə Uşaqları Muzeyində müharibə dövründə böyüyən uşaqların şəxsi əşyaları, sənədləri və hekayələri nümayiş etdirilir. Onların arasında – Bosniyadan qaçqın olan və ABŞ-a yalnız üstündəki geyimlə gələn Melina Selimbeqoviç var.

Melina Selimboviç deyir, "Biz Bosniya qaçqınlarıyıq. Buraya 1993-cü ildə gəlmişik. Mən özüm üçün olan əziz və çox dəyərli olan əşyaları gətirmişəm və heç zaman onlardan vaz keçməyəcəm. Bu ölkəyə plastik torba, indi qızıma verdiyim bir ədyal və bir çirkin oyuncaq yumşaq ayı ilə gəlmişəm. Bunlar mənim üçün çox əzizdir.”

Muzey müharibədən çıxmış bu uşaqlara öz hekayələrini dünya ilə bölüşmək imkanı verir.

Corc Vaşinqton Universitetindən olan Vey Lan deyir, "İlk dəfə müharibədən xilas olmuş uşaqlar haqda eşitdikdə çox təsirləndim və düşündüm ki, insanlar bu haqda bilməlidirlər.”

Corc Vaşinqton Universitetindən Elana Oser deyir, "Hekayənin fərqli tərəfini öyrənirsiniz, həqiqətən də uşaqların müharibədə təcrübəsi barədə tez-tez eşitmirsiniz. Müharibənin dəhşətlərini hamımız bilirik. Burada bir daha ümid, dözümlülük və xilas olma kimi həyat təcrübəsi vurğulanır.”

Falli Budok Kambodjadakı soyqırımdan qaçan böyük bir ailədə doğulub. Lakin onun ailəsindən cəmi dörd nəfər xilas ola bilib: Falli, onun iki bacısı və anası.

Falli Budok deyir, "Öz təcrübəm barədə bacım qızına məktəb üçün hazırladığı layihəyə yazdığım bir parçanı buraya gətirmişəm. Onu burada hamı ilə paylaşmaq çox vacib idi, müharibədə uşaqlar haqqında məlumatlılığın artırılması vacibdir. Mən 70-ci illərin ortalarında Kambodcada Kxmer rejimindən xilas olanlardan biriyəm. Onda mənim 5 yaşım var idi.”

Sarayevoda açıldıqdan sonra muzeyin sərgisində Suriyadan Ukraynaya qədər müharibə dövrünün uşaqlarına aid əşyalar toplanılıb. Muzey həm də ABŞ-da Kambodca və Bosniyadan xilas olanlarla sıx əlaqə saxlayır. Muzeyin qurucusu ABŞ-da daha daimi iştirakı təmin etmək üçün digər Amerika muzeyləri ilə əməkdaşlıq etmək niyyətindədir.

Müharibə Uşaqları Muzeyinin təsisçisi Yasminko Haliloviç deyir, "Ümid edirəm ki, bu sərgi ABŞ-da bizim təmsilçiliyimizi daha da artıracaq. Biz haraya getsək, insanlar bu universal proyekti tanıyırlar. Bu təkcə Bosniya və Herseqovina ilə məhdudlaşmamalıdır.”

Xilas olanlar öz təcrübələrini universal hesab edir. Onların ziyarətçilərə mesajları belədir.

Melina Selimbeqoviç deyir, "Bəlkə də onlar yazıları oxuya bilmirlər və ya emosiyaları başa düşmürlər, lakin onlar balet ayaqqablarını, bu oyuncaqları görürlər. Anaları onlara uşaqların da müharibədən keçdiklərini deyə bilərlər. Biz bunu anlamalıyıq və müharibələri dayandırmalıyıq.”

Müharibələr haqda hekayələri paylaşmaq nə qədər vacib olsa da, lakin xilas olanlar deyirlər ki, uşaqları müharibələrdən qorumaq bundan daha vacib işdir.

XS
SM
MD
LG