ABŞ-ın xüsusi məsləhətçisi Robert Müllerin hesabatında nə Donald Tramp, nə də onun köməkçiləri arasında 2016-cı il ABŞ prezident seçkiləri zamanı Rusiyaya ilə əməkdaşlığı aşkar olunmadığı qeyd olunub. Bəziləri Trampın prezidentliyi üçün yeni bir dövrün başlanacağını düşünür, xüsusilə də onunla Vladimir Putinin münasibətlərinə gəldikdə. Bəs Ağ Ev və Kreml Müllerin hesabatından sonra yaxınlaşacaqmı? Ekspertlər ABŞ-Rusiya münasibətlərini müzakirə etmək üçün Moskvada görüşüb.
Robert Müllerin hesabatının açıqlanmasından sonra rus siyasətçilərinin şübhə etməsi iztehzaya və sarkazma yol açıb. Kremlin sözçüsü Dmitri Peskov hesabatı qaranlıq otaqda mövcud olmayan qara pişiyi axtarıb tapmaq səyi adlandırıb. Lakin az sonra dəyişiklik baş verdi - dostluq tonu - Moskva sülh jesti etməyə başlayıb.
"Vladimir Putin dəfələrlə bildirib ki, biz Amerika ilə yaxşı əlaqələrə maraq göstəririk," Kremlin sözçüsü Dmitriy Peskov deyib.
Amma bu münasibətləri necə düzəltmək olar? Buna cavab soruşduğunuz şəxsdən aslıdır.
"Yeni prezident olmayana qədər bu mümkün deyil," 1987-91-ci ilərdə ABŞ-ın Rusiyadakı səfiri Cek Mətlok deyib.
"İnanıram ki, ikinci dönəm, yəni Tramp administrasiyasının ikinci dönəmi olsa, nəsə etməyə fürsət olacaq," Harvard Universitetindən Mark Kramer deyib.
Atlantikin hər iki tərəfində olan mütəxəssislər Rusiyanın ABŞ seçkilərə müdaxiləsi iddiaları və Müllerin istintaqının Donald Trampın adına kölgə saldığına və bunun onun administrasiyası ilə Kreml arasındakı əlaqələrə düzəlməz zərbəyə səbəb ola biləcəyinə inanır.
"Fikrimcə, hər iki tərəfin qəzəbi çox artıb, onu aradan qaldırmaq üçün səbirli olmaq lazımdır ki, bu da çox vaxt aparacaq," Rutgers Universitetindən Deyvid Foqlesonq deyib.
Müşahidəçilər həmçinin, ABŞ daxilində Demokrat və Respublikaçılar arasında siyasi mübarizəsi ilə bağlı yaranan problemləri də ABŞ-Rusiya əlaqələrində günahlandırırlar. Ekspertlərin əksəriyyəti Rusiyanı ABŞ seçkilərinə müdaxilədə günahlandırsa da, onlar Amerika mətbuatını da bu vəziyyəti düzgün təsvir etməməkdə günahlandırırlar.
"Son iki yarım il ərzində bunun miqyası şişirdilib, amma heç bir şey Rusiyanın Amerikanın siyasi həyatına müdaxilə etməsinə mane olmayıb, lakin edilmiş müdaxilənin miqyası şişirdilib," Rutqers Universitetindən Deyvid Foqlesonq deyib.
Rusiya Dövlət Humanitar Universitetində keçirilən bu görüşdə bütün diplomatlar və veteran ekspertlərin bununla razılaşdığı görünür.
"Müller istintaqının nəticələri mövzusu bağlanmayıb. Lakin dialoqun zəruriliyi və mümkünlüyü hesabat nəşrindən əvvəl də mövcud idi, indi də var," Mixail Qorbaçovun tərcüməçisi Pavel Palajçenko deyib.
Və bu dialoqa ehtiyac yalnız Rusiya və ABŞ liderləri üçün duyulmur. Bu həm də iki ölkənin dünya miqyasında təsiri üçün də vacibdir.