Accessibility links

Müsavat Partiyasının başqanı polisə çağırıldığını deyir, polis təkzib edir


Arif Hacılı çıxış edərkən

Müsavat Partiyasının başqanı Arif Hacılı, onun müavini Səxavət Soltanlı və daha bir neçə fəal polisə dəvət edilib. Bu Müsavat Partiyasının başqanı və digər fəalların şəhid məzarlarını ziyarətindən sonraya təsadüf edir.

please wait

No media source currently available

0:00 0:01:17 0:00

Müsavat Partiyasının başqanı Arif Hacılı məlumatı Amerikanın Səsinə təsdiq edib. Bildirib ki, hazırda onun müavini Səxavət Soltanlı Bakının Qaradağ rayon polisindədir.

“Elə indi polislə danışırıdm. Məni Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dəvət ediblər ki, guya dünən şəhidlərin məzarlarını ziyarət edəndə karantin qaydalarını pozmuşam. Mənimlə birlikdə olanları da polisə dəvət ediblər. Müavinim Səxavət Soltamnl indi Qaradağ rayon Polis İdarəsindədir. Mən sadəcə bildirdim ki, bu, qanunsuz bir davranışdır. Çünki, biz açıq havadayıq, orada olanların sayı on nəfərdən azdır. Yalnız foto çəkilən zaman maskalarımızı çıxarmışıq. Sosial şəbəkələrdə yayılan fotolardan da görünür ki, maslakarımız əlimizdədir.”

Hacılı hesab edir ki, hakimiyyəti narahat edən onların açıq havada maskalarını çıxarması deyil, ölkə üzrə şəhid məzarlarını ziyarət etrmələridir.

“Ancaq bu təzyiqlərin bir mənası yoxdur. Biz bundan sonra da ölkə üzrə şəhidlərin məzarlarını ziyarət etməkdə davam edəcəyik,” o qeyd edib.

Hacılı bildirib ki, onun polisə dəvət edilməsi üçün çağırış vərəqəsi təqdim etməyiblər.

“Rəsmi şəkildə çağırış vərəqəsi təqdim etməsələr polis bölməsinə getməyəcəm,” partiya başqanı Amerikanın Səsinə müsahibəsində qeyd edib.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Arif Hacılı hər hansı polis idarəsinə çağırılmayıb.

“Karantin qaydalarını pozması barədə onun barəsində Yasamal rayon Polis İdarəsində protokol tərtib edilib və protokol yaşadığı ünvana çatdırılacaq,” mətbuat xidmətinin əməkdaşı qeyd edib.

XS
SM
MD
LG