Accessibility links

Makedoniya NATO-ya üzvlük məsələsində ABŞ-ın dəstəyini əldə etməyə çalışır


Makedoniyanın baş naziri Zoran Zaev deyir ki, o, vətəndaşların Yunanıstanın Makedoniyanın NATO və Avropa İttifaqına üzv olmasına etirazlarına son qoyması qarşılığında Makedoniyanın adını “Şimali Makedoniya”ya dəyişəcək razılığın lehinə səs verəcəklərini gözlədiyini deyib.

Amerikanın Səsinə verdiyi müsahibədə o, “Başqa alternativ yoxdur. Mən nikbinəm, çünki xalqımı tanıyıram. Onlar tarixən ağıllı qərarlar veriblər, bu da onlardan fərqlənməyəcək” deyib.

Zaev ölkəsində sülh, iqtisadi inkişaf və təlhükəsizliyin təmin olunması üçün Makedoniyanın çox yaxında NATO-nun 30-cu üzvü olmasını istədiyini və Vaşinqtonun da Makedoniyanın NATO-ya qoşulmaq arzusunu dəstəklədiyini söyləyib.

“Amerika bir daha sarsılmaz strateji tərəfdaş olaraq Makedoniyanın arxasında olduğu mesajını verdi” – deyə, Zaev cümə axşamı ABŞ vitse-prezidenti Mayk Penslə görüşündən sonra Amerikanın Səsinin Makedoniya xidmətinə verdiyi müsahibədə bildirib.

Vitse-prezidentin ofisinin verdiyi məlumata görə, Zaev iki ölkə arasında uzun zamandır müzakirə olunan ad məsələsi ilə bağlı Prespa razılığı əldə olunandan sonra Ağ Evə dəvət olunub.

“Mən inanıram ki, Birləşmiş Ştatlar diqqətini regiondakı bütün vətəndaşlar, o cümlədən Makedoniya vətəndaşları üçün faydalı Cənub-şərq Avropaya yönəldəcək”,Zaev deyib.

Qonşu Yunanıstanla on illərdir davam edən mübahisəyə son qoymaq üçün əldə olunan razılığın əsas komponenti Makedoniyanın adının dəyişdirilməsidir. Yunanıstan Makedoniyanın hazırkı adının onların Yunanıstanın şimalında yerləşən Makedoniya adlı əyalətinə və qədim tarixinə iddiasını əks etdirdiyini bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG