Accessibility links

Makedoniya parlamenti sabiq müxalifət lideri Zoran Zaevin rəhbərlik edəcəyi yeni höküməti təyin edib.

Çərşənbə günü deputatlar parlament seçkilərindən sonra altı ay davam edən siyasi qərarsızlığa son qoyaraq, 120 nəfərlik parlamentdə 62 nəfərin lehinə səsi ilə Zaevin lideri olduğu mərkəz-solçu koalisiyasını hakimiyyətə gətirib.

Səsvermədən dərhal sonra Zoev baş nazir kimi and içib.

Keçmiş hökümət 2015-ci ilin izlənmə skandalı ilə bağlı istefaya göndəriləndən sonra Makedoniyada funksional hökümət yox idi.

42 yaşlı biznesmen və Strumitsa şəhərinin sabiq meri iki kiçik etnik alban partiyasının koalisiyasını formalaşdırdıqran sonra dekabr seçkilərdə ikinci yer qazanmış və hökümətin təşkili üçün yaxşı imkanlar əldə etmişdi.

Sabiq baş nazir Nikola Quevskinin rəhbərlik etdiyi mühafizəkar partiya seçkilərdə birinci yeri qazansa da, hökümət formalaşdırmaq üçün yetərli üstünlük əldə edə bilmədi.

Zoev ölkənin Avropa Birliyi və NATO-ya qoşulması prosesini bərba edəcəyini söz verib. Xatırladaq ki, onun sələfi bu prosesi dondurmuşdu.

Qonşu Yunanıstan Makedoniyanın NATO-ya qoşulması prosesini bloklayıb. Buna səbəb iki ölkə arasında Makedoniyanın adı ilə bağlı mübahisələridir. Yunanlar Makedoniyanın Avropa Birliyinə qoşulmasına da etirazlarını bildiriblər.

Afina deyir ki, qonşuları özlərini Makedoniya adlandırmalı deyil, belə ki, bu Yunanıstanın şimal vilayətə aid addır.

XS
SM
MD
LG