Accessibility links

Makedoniyada minlərlə insan baş nazirin istefasını tələb edir


Dərinləşən siyasi böhranla üzləşən Makedoniyada minlərlə insan bu gün paytaxt Skopye küçələrinə çıxaraq baş nazir Nikola Qruevskinin istifasını tələb edib.

Ölkə liderinə qarşı təzyiqlər bu ilin əvvəli telefon dinləməsi qalmaqalı ilə başlamış və Qruevskinin 9 illik hakimiyyəti dövründə hökumətin media, hakimlər və seçkilərə necə ciddi nəzarət etdiyi barədə suallara yol açmışdı.

Bir həftə əvvəl də paytaxtın şimalında gərginlik yaşanmışdı. Kumanovo şəhərində polislə silahlı şəxslər arasında qarşıdurma zamanı 8 polis işçisi və 14 hücumçu ölmüşdü.

Makedoniya rəsmiləri silahlıların xaos yaratmağa çalışdığını söyləməsinə baxmayaraq, ölkədəki alban mənbələr deyib ki, rəsmilər Qruevski hökumətini qorumaq üçün qarşıdurmanı qızışdırıb.

Baş nazir də tərəfdarlarını sabah nümayiş keçirməyə çağırıb.

Xatırladaq ki, Makedoniya 2001-ci ildə alban silahlıların daha geniş siyasi hüquqlar tələb etməsi ilə vətəndaş müharibəsindən güclə yan keçə bilmişdi. Aylarla davam edən qarşıdurmalardan sonra tərəflər atəşkəsə nail ola bilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG