Accessibility links

Con Makkeyn: Mətbuat azadlığını boğmaq diktatorluğun başlanğıcıdır


Respublikaçı senator Con Makkeyn prezident Trampın mətbuata hücumunu tənqid edərək, mətbuat azadlığını boğmağın diktatorluğun başlanğıcı adlandırıb.

Arizonalı senator bunları ABŞ dövlət başçısının Tweeters hesabında medianı “Amerika xalqının düşməni” adlandırmasına cavab olaraq bildirib.

Lakin fakt odur ki, bizim sizə ehtiyacımız var. Bizə media lazımdır və bu, həyati bir məsələdir

Makkeyn deyib ki, İkinci Dünya Müharibəsindn sonra əldə edilən beynəlxalq qanun azad mətbuatın təsisinə xidmət etmişdi. NBC-nin “Meet the Press” proqramına müsahibəsi zamanı senator deyib ki, mən mediaya nifrət edirəm.Əl-əlxüsus da sizə. “Lakin fakt odur ki, bizim sizə ehtiyacımız var. Bizə media lazımdır və bu, həyati bir məsələdir ” - deyə Makkeyn bildirib.

“Onları mətbuatı boğmağa başlayıb. Başqa sözlə bu, hakimiyyətin bir əldə cəmləşməsi deməkdir. Tarixə nəzər salsaq, diktatorların ilk nözbədə mətbuatı bağladığını görərik. Mən prezident Trampın diktator olduğunu demək istəmirəm. Onu demək istəyirəm ki, tarixdən dərs almalıyıq”, Makkeyn bildirib.

ABŞ prezidenti Donald Tramp yenidən "yalançı media" adlandırdığı bəzi kütləvi informasiya vasitələrini hədəf alıb.

Bu haqda Tramp həftəsonunu keçirdiyi Floridanın Melborn şəhərində danışıb: "Media insanlara yalan söylədiyində yaxalarını kənara çəkmələrinə imkan verməyəcəyəm".

Bu arada Trump əleyhinə etirazlar da davam edir. Paytaxt Vaşinqton da daxil olmaqla, ABŞ-ın bir neçə şəhərində miqrantların işlədiyi restoran və digər xidmət sahələrində "Miqrantsız bir gün" adı altında boykot aksiyaları baş tutub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG