Accessibility links

Səad Həriri Fransa prezidenti Emmanuel Makronla görüş keçirir


Livanın baş naziri Səad Əl-Həriri növbəti günlər ərzində Beyruta dönəcəyini və prezident Mişel Aunla danışıqlar aparandan sonra ölkədəki böhranla bağlı mövqeyini açıqlayacağını bildirib.

Livanın baş naziri Səad Hərri Parisdə səfərdədir. Orada o Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparır. Makron Həririyə Livanda baş verən siyasi dramadakı rolunu həll etməyə yardım etməyi təklif edib.

Bu ayın əvvəli Həriri Səudiyyə Ərəbistanı televiziyası vasitəsilə vəzifəsindən istefa etdiyini açıqlamışdı. Bu ölkədə qarışıqlığa və skeptisizmə səbəb olmuşdu.

Lakin şənbə günü Livanın dövlətə məxsus Milli Xəbər Agentliyi Livanın prezidenti Mişel Auna zəng etdiyi və müstəqillik günü bayramında iştirak etmək üçün gələn həftə Livana geri dönəcəyini bildirdiyi barədə məlumat verib.

Həriri və Makronun şənbə günü mediaya hər hansı açıqlama verib-verməyəcəyi bəlli deyil.

Emmanuel Makron
Emmanuel Makron

Cümə günü İsveçdə səfərdə olan Makron Həririnin Livanın baş naziri olaraq qarşılandığını deyib, çünki ölkəsi onun istefasını qəbul etməyib.

Fransa prezidenti daha öncə Həririyə siyasi sığınacaq təklif etdiyinə dair spekulyasiyaları rədd edib.

Həriri noyabrın 4-də Ər-Riyadda ikən baş nazir vəzifəsindən istefasını elan edəndən sonra son iki həftə regionda səs-küylü keçib. Həriri istefasına görə İran və Livan hökümətinin bir parçası olan Hizbullahı günahlandırıb və həyatına görə narahat olduğunu deyib.

Onun istefası ilə diqqət Livandakı dərin siyasi bölgülərə yönəlib. Ölkə şiə Tehran ilə sünni Riyad arasında bölünüb.

Həririnin Səudiyyə Ərəbistanında zorla saxlandığı iddia edilirdi.

“Livan bu böyük əngəlin öhdəsindən gəlməlidir”, deyə Livanın daxili işlər naziri Nohad Maçnuk bildirib və Hərinin Fransaya səfərinin sabitliyin yaranmasına imkan yaradacağına güman edib.

Həririnin Fransa səfəri 39 yaşlı Fransa prezidenti Makronun Fransanı dünya miqyasında gücünü bərpa etmək səylərinin bir hissəsi olaraq görülür. Ötən həftə isə Makron Səudiyyə Ərəbistanına səfər edib və Əbu-Dabidə yeni Luvr muzeyinin açılışında iştirak edib.

Bəzi müşahidəçilər muzeyin açılışını Fransanın regionda yüngül gücünün təzahürü olaraq qiymətləndirir.

Bəziləri isə bunu mümkün əks-təsirlərinin olacağını düşünür.

Bu Fransa üçün dioplomatk çevrilişdir”, deyə Yaxın Şərq üzrə təhlilçi Kərim Emil Bitar bildirib. O Fransanın dəvətini həm Ər-Riyad həm Həriri üçün nüfüzun qorunması olaraq qiymətləndirib, amma bunun “çox məsələləri həll etmədiyini” deyib.

Əgər Fransada qalsa, Həriri sürgünə gedən ilk Livan rəsmisi olmayacaq.

2011-ci ildə başçılıq etdiyi milli birlik höküməti dağılandan sonra Həriri üç il Fransa və Səudiyyə Ərəbistanında yaşayıb.

Bundan əlavə Livan prezidenti Mişel Aun da 2005-ci ildə bitən 15 illik sürgün həyatı zamanı Fransada yaşayıb.

XS
SM
MD
LG