Accessibility links

Makron: Notr-Dam kilsəsini hamımız birlikdə bərpa edəcəyik


Makron: Notr-Dam kilsəsini hamımız birlikdə bərpa edəcəyik
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Makron: Notr-Dam kilsəsini hamımız birlikdə bərpa edəcəyik

Paris Yanğınsöndürmə Briqadasının verdiyi məlumata görə, bazar ertəsi “Notre Dame” kafedralında baş vermiş yanğını söndürmək üçün 400-dən çox xilasetmə qrupu 9 saatdan çox vaxt sərf edib. Yanğın kafedralın əksər hissəsini məhv etsə də, Notre Dam kilsəsinin strukturu və tarixi incəsənət əsərlərini xilas etmək mümkün olub.

Çərşənbə axşamı erkən saatlarında xilasetmə qrupları hələ də kafedralın yayan hissələrinə su tökürdülər.

Bir neçə saat öncə alov qotik şpili uçurdu.

Bazar ertəsi gecə yanğın söndürüldükdən saatlar sonra insanlar hələ də kafedralın kənarına toplaşmışdı.

“Fikrimcə, biz yalnız millət deyil, "ruhu olan bir millət" olmalıyıq və əgər bu gün Emmanuel Makron çıxış edə bilməsə, məncə biz xalq olaraq özümüz çıxış etmək məcburiyyətindəyik,” Paris sakini Karolin Culyen deyir.

Lakin Fransa prezidenti Makron gecə yarısı çıxış edib, beynəlxalq ictimaiyyəti Parisin ən mühüm abidələrindən birinin bərpasina kömək etməyə çağırıb.

"Bu gecə sizə söz verirəm: bu kafedralı bizim hamımız birlikdə yenidən quracayıq. Çox güman ki, bu Fransanın taleyinin bir hissəsidir və gələcək illər üçün bizim layihəmiz olacaq. Buna inanıram. Sabahdan etibarən Notr-Damı bərpa etmək üçün ölkə səviyyəsində maliyyə toplanmsı kampaniyası başlayacaq və bu bizim sərhədlərimizdən də kənara çıxacaq. Ən bacarıqlı insanları çağıracayıq və onların köməyi ilə biz bu kafedralı yenidən quracağıq. Biz Notr-Damı yenidən quracağıq, çünki bu, fransızların gözlədiyi şeydir, çünki bizim tariximiz buna layiqdir, çünki bu, bizim taleyimizdir,” Fransa prezidenti Emmanuel Makron deyib.

Alovla mübarizə aparan yüzlərlə yanğınsöndürən arasında ən azı biri ağır yaralanıb.

Bir çoxları yanğının söndürüləcəyinə inamsız baxırdı.

Bir sır dünya liderləri, o cümlədən ABŞ-ın sabiq prezidenti Barak Obama yanğının yaratdığı dağıntıların aradan qaldırılmasında Fransa ilə həmrəylik bildirib.

"Bu, həqiqətən də dəhşətli hadisədir, bu 856 ildən artıq tarixin alovlar içində yanmasıdır. Leonardo da Vinçi ilə eyni ildə olduğunu nəzərə alanda bu daha təsirli olur. Bu, sona çatan bir hekayə, qlobal irs, arxitektura nümunəsidir. Bu inanılmaz bəxtsizlikdir. Bu bütün dünyanın yas tutacağı hadisədir,” ekvadorlu turist Sindi Orteqa deyir.

Yanğınsöndürmə xidmətinin verdiyi açıqlamaya görə, yanğına səbəb kafedralda aparılan bərpa işləri ola bilər.

Fransa prokurorluğunun verdiyi məlumata görə, yanğın "qeyri-ixtiyari" alov nəticəsində baş verib. Buna görə də hələlik yanğının qəsdən törədildiyi istisna edilir.

XS
SM
MD
LG