Accessibility links

Emmanuel Makron: Xalqımız son seçimi ilə bizim radikal yolda irəliləməyimizi istəyir


Fransa prezidenti Emmanuel Makron deyib ki, Avropa İttifaqı bürokratiya və yeni nəslin ehtiyaclarını qarşılamamaqla geriləyir. Bu həftə Versalda çıxış edən dövlət başçısı 3-də 1 hissəsini ixtsar etmək istədiyi hökumətda radikal dəyişiklərrin tələb edildiyini bildirib.

Makron Versalda parlamentin birgə sessiyasında çıxış edib. Tədbir Konqres kimi də tanınan XIV Lui sarayında keçirilib. Prezidentin opponentləri onu hakimiyyəti bir əldə cəmləşdirməkdə ittiham edir. İfrat solçu "Fransa, irəli" partiyasının qanunvericiləri tədbiri boykot edib.

Partiyadan qanunverici Aleksis Korbiyer: "Onlar bizi Versala bahalı bir tədbir üçün dəvət edib. Bu lazımsız və tətbiqi tədbirə getməyəcəyimi dedim və getmədim."

Fransa prezidenti ölkəsinin nüfuzunun qaldırılması üçün islahatlara ehtiyac olduğunu vurğulayıb.

"Mən inanıram ki, xalqımız son seçimi ilə radikal yolda irəliləməyimizi istəyir."

39 yaşlı lider qanunvericilərin sayını 3-də 1-ə endirmək niyyətindədir.

O həmdə Aİ-da bürokratik proserdurların qaydaya salınmasına çağırıb.

Partiyasının üzvləri Makronun çıxışını yüksək qiymətləndirib.

Avrora Berq: "Respublikamızın prezidentinin çıxışı çox güclü idi. Mənim üçün bu, tarixi bir nitqdir."

Lakin bəzi qanunvericilər bunun əksini düşünür.

Mərkəzçi senator Katrin Morin Desai: "Məni narahat edən onun bizə nə etməli olduğumuzu öyrətməsidir. Necə işləməli, hansı yolu tutmalı. Bu, bizim işimizdir. Biz bunu edirik."

Makronun prezident seçkilərindəki rəqibi Marin Le Pen onun çıxışını anlaşılmaz adlandırıb.

"O deyir ki, biz daha artıq qaçqın qəbul etməliyik, lakin daha az qəbul edir. Ölkədə fövqəladə vəziyyəti ləğv etmək istəyir. Eyni zamanda bu vəziyyətin müddətini uzadır. Bu anlaşılmazlıq artıq narahatlıqlara yol açır.

Prezident və parlament seçkilərindəki qələbəsi Makrona geniş mandate verib. O, parlamentin islahatları təsdiq etmədiyi təqdirdə referendum keçirəcəyini bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG