Accessibility links

Britaniya xəstəxanasında yaralı qızla görüşmək istəyənlər kənarlaşdırılıb


Britaniya polisi Taliban tərəfindən güllə ilə vurulan pakistanlı qızın yerləşdirildiyi xəstəxanada bir neçə nəfərin həbsə alınması xəbərini inkar edib. Bu gün bir qədər əvvəl Kraliça Elizabet xəstəxanasının direktoru Deyvid Rosser Malala Yusafzainin qohumları olduqlarını iddia edən bir qrup insanın Brimingham xəstəxanasında gecə saatlarında saxlanıldığını deyib.

Lakin yerli polisin sözcüsü Amerikanın Səsinin əməkdaşına heç kimin həbsə alınmadığını, lakin Yusafzayı görmək istəyən bir qrup adamın qarşılarının alındığını deyib.

Polis pakistanlı qızın həyatına hər-hansı təhlükənin yaranmadığını və xəstəxanada təhlükəsizlik tədbirlərinin tam nəzarət altında olduğunun deyib.

Yusafzai dünən müalicə almaq üçün Pakistandan Britaniyaya gəlib. Pakistanlı hərbi rəsmilər həkimlərin 14 yaşlı qızın ciddi xəsarət almış uşaqlar üçün nəzərdə tutulan xəstəxanada müalicə almasını məsləhət gördüyünü deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG