Accessibility links

Malayziya təyyarəsinin vurulması nəticəsində həlak olanların cəsədləri Hollandiyaya təhvil verilir


Malayziya təyyarəsinin vurulması nəticəsində həlak olan insanların cəsədləri Torez şəhərindən qatarla Ukraynanın Xarkov şəhərinə aparılıb.

Cəsədlər ən çox itki verən Hollandioyaya təhvil verilməlidir. Bundan əvvəl isə Ukraynanın şəqr bölgəsindəki separatistlər təyyarənin uçuş qeydiyyatları olan qutuları Malayziyanın aviasiya ekspertlərinə verib. Üsyançıların lideri Aleksandr Borodai qutuların Donetskdə təhvil verildiyini bildirib.

Malayziyanın hərbi nümayəndəsi Məhəmməd Sakri qutuların zədələnməsinə baxmayaraq, yaxşı vəziyyətdə olduğunu bildirib.

BMT-nin Təhlükəsizlik Şurası isə təyyarənin vurulması qınanılan qətnamə qəbul edib. Qətnamədə separatistlər hadisə yerində araşdırılma aparılması üçün məhdudiyyətlərin aradan qaldırılmasına çağırılır.

XS
SM
MD
LG