Accessibility links

Manilada kazinoya hücum edən şəxsin qumar borcu olub


Filippinin paytaxtında kazino və ticarət mərkəzinə hücum edən şəxsin çoxlu qumar borcu olduğu bildirilib.

Manila polis idarəsinin rəisi Oskar Albayaldenin bildirdiyinə görə, Cessi Karlos adlı həmin şəxsin 80 min dollar borcu olub.

3 uşaq atası evini və maşınını qumar yolunda satıb.

Kazino fişlərini oğurlayıb qaçmaq istəyən silahlı şəxsin oyun stollarını yandırması səbəbindən çıxan yanğında 36 nəfər tüstüdən boğulub.

Cümə günü Manilada yerləşən kazinoda yanğın baş verib. Dünya istirahət mərkəzində kazino fişlərini oğurlayıb qaçmaq istəyən silahlı şəxsin oyun stollarını yandırması səbəbindən çıxan yanğında 37 nəfər tüstüdən boğulub.

Polis rəisinin bildirdiyinə görə, ölənlər arasında güllə yarası alan olmayıb.

Səlahiyyətli orqanların verdiyi xəbərə görə, yanğının terrorçu hücumu olmasına dair heç bir dəlil yoxdur. İnsidentin səbəbi soyğunçuluqla əlaqələndirilir. İntihar etmiş cinayətkarın evində kazino fişləri tapılıb.

Dünya istirahət mərkəzində baş verən yanğın Manila küçələrində insanlar arasında təlaş yaradıb.

Yanğından qaçmağa çalışarkən onlarla insan yaralanıb.

Dünya istirahət mərkəzi rəsmilərinin bildirdiyinə görə, ölənlərin 13-ü mərkəzin işçisi, 23-ü isə müştərilər olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG