Accessibility links

WikiLeaks-ə gizli məlumat sızdıran əsgərin mümkün həbs müddəti azaldılıb


Hərbi hakim gizli sənədlərinin WikiLeaks veb səhifəsinə sızdırmaqda təqsirli bilinən ABŞ ordu analitikinə qarşı tətbiq edilə bilən ittihamları azaldıb.

Dünən birinci dərəcəli sıravi əsgərə qarşı çıxarılan qərar həbsə alındıqdan sonra hərbi məhbəsdə müalicə olunduğuna görə 112 gün azaldılacaq.

Manninq 2010-cu ilin ortalarından bəri həbsxanadadır. Bu müddətin yarısı rəsmilər Manninqi Quantiko Hərbi Dəniz bazasında sui-qəst etməməsi üçün nəzarət altında saxlayıb. O, gün ərzində 23 saat pəncərəsiz otaqda, bəzən paltarsız vəziyyətdə saxlanılıb.

Hakim bu növ cəzanın daha ciddi səbəblərdən tətbiq edildiyini deyib. Lakin o, müdafiə tərəfinin bütün ittihamları ləğv etmək çağrışını rədd edib.

Manninqə düşmənə yardım daxil olmaqla, 22 ittiham irəli sürülüb. Ömürlük həbs cəzası qarşısında olan müttəhimin məhkəməsi mart ayının 6-na təyin edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG