Accessibility links

Maria qasırğası şiddətlənir


Maria qasırğası şiddətlənərək, Saffir-Simpson külək şkalasının çox təhlükəli 4-cü kateqoriyasına yüksəlib. ABŞ Milli Qasırğa Mərkəzinin bazar ertəsi verdiyi məlumata görə, qasırğanın daha da şiddətlənəcəyi gözlənilir.

Mayamidə fəaliyyət göstərən sinoptik Maria qasırğasının Martinik adasından 55 kilometr şimal-şərqdə saatda 215 kilometr sürətlə irəlilədiyini bildirir.

Marianın bu il Livard Adalarında baş verən ikinci ən şiddətli qasırğa olacağı gözlənilir.

Barbados adasının bəzi yaşayış sahələrində bazar günündən bəri yağış yağıb, küçələr su ilə dolub.

Bu ayın əvvəli Atlantik Okeanın ən şiddətli qasırğası hesab edilən İrma qasırğası Vircin adaları, Antiqua və Barbuda, eləcə də Sent Martin adalarının bəzilərinə böyük zərər deyib. Nəticədə 80 nəfər ölüb.

İrma qasırğasının Kuba və Floridaya doğru irəlilərkən təsirinə məruz qoyduğu ABŞ-ın ərazisi olan Puerto Riko Mariaya hazırlıq olaraq sığınacaqlar açıb, yüksək sürətli küləklər səbəbilə qırılma ehtimalı olan inşaat kranlarını sökməyə başlayıb.

Onlar təxminən 450 sığınacaq açıb. Onlardan biri San Huanda yerləşir. Hökümətin bildiridiyinə görə, orada artıq İrmanın təsirinə məruz qalan adalardan qaçan insanlar yerləşib.

İrma Barbudada demək olar bütün binaları dağıdandan sonra adanın 1700-dən çox sakini qonşu Antiquaya təxliyə edilib.

Şimalda isə sinoptiklər birinci kateqoriyalı Hose qasırğasını izləyir. Həmin qasırğa Şimali Karolinanın Keyp Hatteras şəhərindən 430 kilometr cənub-şərqdə saatda 120 kilometr sürətlə istiqamət edirdi.

XS
SM
MD
LG