ABŞ-ın tanınmış ictimai xadimi, doktor Martin Lüter Kinq Amerikada vətəndaş hüquqlarının müdafiəs üçün yürüşə çıxaraq, milyonlarla insanı səfərbər etdi. Özünün qeyri-zorakılıq fəlsəfəsi sayəsində Kinq XX əsrdə ABŞ-ın iki əsas qanununu qəbul etməsinə nail oldu: 1964-cü ildə Vətəndaş Hüquqları Qanunu və 1965-ci ildə Səsvermə Hüququ Aktları.
2018-ci il aprelin 4-ü ona qarşı sui-qəsdin 50-ci ildönümüdür.
1968-ci il, 9 aprel. Bu, Marten Lüter Kinqin son yürüşüdür, onun dəfn mərasimidir. Cəmi bir neçə gün əvvəl, aprelin 4-də Ceyms Örl Rey adlı şəxs onu Memfisdəki “Loreyn” mehmanxanasının balkonunda güllə ilə vurub öldürdü. Yüz mindən çox insan sadə arabadakı cəsədini görmək üçün Kinqin doğulduğu Atlanta şəhərinin küçələrinə çıxdı.
Martin Lüter Kinqin dəfn mərasimində senator Robert Kennedi, ABŞ-ın gələcək prezidenti Riçard Nikson və Vətəndaş Hüquqları fəalı Cessi Cekson kimi tanınmış siyasi xadimlər iştirak etdi.
2011-ci ildə Kinqin Vaşinqton şəhətində memorialının açılşı zamanı Amerikanın Səsinə müsahibə verən Cessi Cekson bunları dedi: “O, həqiqətən güc və ədalətin, sülh və barışığın simvolu idi. Amma biz birlik naminə bəzi çətin döyüşlərdə qələbə çalmalı idik.”
Alabamada qarşıdurmalar Amerikanın cənubunda qaradərililərə səsvermə hüququna qadağa qoyulduğu üçün idi. Bu, Selma şəhərində polisin mülki vətəndaşlara qarşı zorakılığı ilə sona çatdı. Sonradan həmin hadisələrin baş verdiyi günə “Qanlı bazar” adı verildi.
Konqresmen Con Levis o zaman tələbə etirazçıların liderlərindən idi. “Onlar bizim üstümüzə gələrək, bizi dəyənəklərlə döyməyə başladı, onlar atları üstümüzə sürür, gözyaşaqdıcı qaz buraxırdılar. Polis məni başımdan dəyənəklə vurub yaraladı. Mənim beynim silkələnmişdi.”
Zorakılıqların televiziya ilə nümayişi ölkə boyu hiddətə səbəb oldu. “Biz polis zülmünə, bizə səsvermə hüququnun verilmədiyinə etiraz etməyin labüd olduğunu bütün dünyaya çatdırmalıyıq”, dedi King.
Bir il sonra Birləşmiş Ştatlar prezidenti Lindon Conson "Vətəndaş Hüquqları Aktı"nı imzaladı. Kinqin dinc etiraz strategiyası 1965-ci ildə "Səsvermə Hüquqları Aktı"nın qəbul edilməsinə gətirib çıxardı.
Ən məşhur yürüşlərdən biri 1963-cü ildə Vaşinqtondakı yürüş idi. Kinq “Mənim bir arzum var, bir gün bu millət yüksələcək…” dedi.
Bu, qulların zəhməti ilə qurulan bir ölkədə azadlıq və bərabərlik arzusu idi.
“New York Times”ın müxbiri Örl Kaldvel o vaxt Kinqin izləri ilə getmək üçün Memfisə göndərilmişdi. Örl Kaldvel: “Kinqin fikrində və onun mənimlə danışmaq istədiyi onun dediyi kimi, “Yoxsulların kampaniyası” barədə idi. O, ölkə boyu bütün imkansız insanları Vaşinqtona toplamaq və Birləşmiş Ştatlar hökumətinə təzyiq göstərmək istəyirdi.”
Martin Lüter Kinqin dinc etirazlar irsi bu gün də yaşayır. Bunu mart ayında Vaşiqntonda keçirilən “Həyatımız naminə” yürüşündə də görmək oldu.