Accessibility links

ABŞ hökuməti 400 milyon yüksək keyfiyyətli üz maskası paylayacaq


ABŞ xəbər agentlikləri çərşənbə günü bildiriblər ki, Bayden administrasiyası gələn həftədən etibarən Amerika xalqına 400 milyon yüksək keyfiyyətli üz maskasını pulsuz paylayacaq.

Anonim danışan Ağ Ev rəsmisi N95 maskalarının bu həftənin sonundan başlayaraq ABŞ-da minlərlə yerli apteklərə və ictimai sağlamlıq mərkəzlərinə göndəriləcəyini və hər yetkin üçün üç maskanın olacağını söyləyib. Fevralın əvvəlindən proqram tam şəkildə fəaliyyət göstərəcək.

N95 maskaları fövqəladə vəziyyət zamanı istifadə üçün kritik dərman və tibbi ləvazimatları saxlayan federal hökumətin Strateji Milli Ehtiyatında yerləşən 750 milyon maskanın bir hissəsidir. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi bu yaxınlarda tövsiyə edib ki, insanın üzünə sıx oturacaq şəkildə hazırlanmış N95 maskaları digər üz maskaları ilə müqayisədə COVID-19-a qarşı “ən yüksək səviyyədə qorunma təmin edir”.

Səlahiyyətlilər N95 maskalarının paylanmasının ABŞ tarixində ən böyük fərdi qoruyucu vasitələrin paylanması olacağını söyləyib.

Pulsuz N95 üz maskalarının elanı amerikalılara pulsuz sürətli koronavirus test dəstləri tələb etməyə imkan verən federal hökumətin yeni veb saytının rəsmi debütü ilə eyni gündə olub. Milyonlarla insan çərşənbə axşamı Covidtests.gov-da test dəstlərini sifariş verməyə başlayıblar. Veb sayt ABŞ Poçt Xidməti formasına qoşulan linkə keçid etdikdən sonra hər evə maksimum dörd test sifariş etməyə imkan verir.

Milyonlarla amerikalı test dəstlərini sifariş verməyə başladığı üçün Covidtests.gov tez bir zamanda ən çox istifadə edilən federal hökumət veb saytına çevrilib.

Bu iki proqram Bayden administrasiyasının əsasən, koronavirusun yüksək yoluxucu omikron variantı ilə yoluxan yeni COVID-19 infeksiyalarının artması ilə mübarizə üçün yeni aqressiv səylərinin bir hissəsidir.

XS
SM
MD
LG