Accessibility links

Maska infeksiyaların simptomsuz keçməsinə yardım edir


COVİD-19 pandemiyası zamanı maska taxmaq ən effektiv qoruyucu üsüldur.

The New England Journal of Medicine jurnalınında dərc edilən məqalədə deyilir ki, maskalardan universal istifadə xəstəliyin ağırlaşmasının qarşısını almaqla yanaşı, yeni infeksiyaların simptomsuz keçməsinə yardım edir.

Məqalədə maskaların immunitet yaradtdığı və bunun yeni peyvənd forması kimi effektiv olduğu deyilir.

Jurnal COVİD-19-un iki dalğasını yada salaraq, Amerikada ərzaq sənayesi işçilərinin hər zaman maska taxdıqlarını qeyd edib.

“500 xəstənin yalnız 5 faizində zəif və orta simptomlar qeydə alınıb. 95%-də isə simptomlar müşahidə edilməyib”- jurnalda yazılıb.

Məqalədə həm də vurğulanır ki, maska taxmaq icbari olan ölkələrdə virusdan ölənlərin sayı daha azdır.

Məqalənin həm-müəllifi, Kaliforniya Universitetinin infeksionisti, doktor Monika Qandinin dediyinə görə, simptomsuz xəstələnmə maskalar sayəsində artır. O, peyvəndlərin gözlənildiyi bir vaxt maskaların qısamüddətli olsa da, immunitet yaratdığını bildirib.

Lakin doktor Qandi maskaların effkeitivliyi ilə bağlı əlavə araşdırmalara ehtiyac olduğunu da vurğulayıb.

XS
SM
MD
LG