Accessibility links

Tramp administrasiyası Əfqanıstanla bağlı strategiyasını açıqlamağa tələsmir


Associated Press Tramp administrasiyasının adının açıqlanmasını istəməyən rəsmisinə istinadən bildirib ki, Pentaqon artmaqda olan Taliban yaraqlıları ilə mübarizədə Əfqanıstan ordusuna yardım məqsədilə bu Cənubi Asiya ölkəsinə əlavə 4 minə yaxın əsgər göndərəcək.

Bu rəqəm bundan əvvəl də Tramp administrasiyasının digər rəsmilərinin bildirdikləri rəqəmlə eynidir.

Reuters xəbər agentliyinin Pentaqonun sözçüsünə Əfqanıstana əlavə qoşun göndəriləcəyi ilə bağlı sualının cavabında o, hələlik heç bir qərar verilmədiyini deyib.

Associated Press-ın bildirdiyinə görə, Birləşmiş Ştatların müdafiə naziri Cim Mattis Əfqanıstana əlavə qüvvə göndəriləcəyi ilə bağlı bəyanatın ola bilsin gələn həftə açıqlanacağını bildirib.

Birləşmiş Ştatlar rəsmisi bu həftənin əvvəlində prezident Trampın Cim Mattisə Əfqanıstanda ABŞ qüvvələrinin sayının artırılması ilə bağlı səlahiyyət verdiyini demişdi.

Cənab Mattis Senatın Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı Birləşmiş Ştatların Əfqanıstanda vəziyyətin sabitləşməsi yolunda mübarizəyə müdaxilə etmədiyini deyib və gələcək strategiya barədə məlumatın Konqresə iyul ayının ortalarında təqdim ediləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG