Accessibility links

ABŞ-ın müdafiə naziri Yaxın Şərq və Afrika səfərinə başlayır


Cim Mattis Səudiyyə Ərəbistanı Misir, İsrail, Qətər və Cibutidə olacaq

ABŞ-ın müdafiə naziri Yaxın Şərq və Afrika səfərinə başlayır. Cim Mattisin səfəri Amerikanın regional təhlükəsizlik sahəsindəki rolunu dəyişdiyi vaxta təsadüf edir. Nazir Səudiyyə Ərəbistanı Misir, İsrail, Qətər və Cibutidə olacaq.

Cim Mattis Yaxın Şərq ölkələrinin regional düşmən İranla bağlı ABŞ-ın yeni administrasiyasının münasibətlərinə diqqət verdikləri vaxt həyata keçirilir.

Mən fevral ayında Səudiyyə Ərəbistanında ikən o ölkənin Barak Obamanın İrana yumşaq münasibət bəslədiyini düşünən liderlərinin rahatlaşdığını müşahidə etdim.

Amerika İnkişaf Mərkəzindən Brayan Katulis: “Mən fevral ayında Səudiyyə Ərəbistanında ikən o ölkənin Barak Obamanın İrana yumşaq münasibət bəslədiyini düşünən liderlərinin rahatlaşdığını müşahidə etdim.”

Tramp administrasiyası İran və Səudiyyə Ərəbistanı arasında müharibə obyekti olan Yəmən münaqişəsinə daha artıq müdaxilə edə bilər. ABŞ rəsmiləri prezidentin İranın dəstəklədiyi Hutilərlə mübarizə aparan Səudiyyə Ərəbistanı ilə strateji əlaqələri möhkəmlətmək istəyini dilə gətirib.

Çinin hərbi aktivliyi artırması rəsmi Vaşinqtonda narahatlıq doğurur.
Çinin hərbi aktivliyi artırması rəsmi Vaşinqtonda narahatlıq doğurur.

Mattis regional müttəfiqlərin müharibədən sarsılan İraq və Suriyaya yardımlarının sabitləşdirilməsi məsələsini də gündəmə gətirəcək. Bölgədə İŞİD-lə mübarizə aparan yerli qüvvələrə ABŞ-ın baçılıq etdiyi koalisya dəstək verir.

Müdafiə naziri Amerikanın Afrikada yeganə bazası olan Cibutiyə də gedəcək. Bu, təkcə Amerikanın hərbi mövcudluğu olan ölkə deyil.

“Çinin mövcudluğu güclü olacaq. Bu, Qərbin humanitar missiyalı yumşaq qüvvəsinə bənzəməz. Çin bölgədəki resurslara ciddi maraq göstərir.

Amerika ilə rəqibət aparan Çin də o ölkədə ilk xarici hərbi bazasını salmaqdadır. Amerika bazasından bir neçə km-likdə baza quran Çin Afrika Buynuzunda nüfuzunu artırmağa çalışır.

Sabiq müdafiə nazirinin müavini Rudi Deleon: “Çinin mövcudluğu güclü olacaq. Bu, Qərbin humanitar missiyalı yumşaq qüvvəsinə bənzəməz. Çin bölgədəki resurslara ciddi maraq göstərir.”

Əhalisi yoxsul olsa da, bu ölkə neft, qızıl və təbii qazla zəngindir.

Ekspertlərin fikrincə, Çin ən yoxsul və quraqlıq bölgələrdə inkişaflara maraq göstərir.

XS
SM
MD
LG