Maykl qasırğasının ABŞ-ın Florda ştatını dağıntılara məruz qoymasından bir həftə sonra Meksiko Biç (Mexico Beach) şəhərinin meri daha iki nəfərin öldüyünü təsdiq edib.
Qasırğa nəticəsində Meksiko Biç və Panama Siti şəhərlərinin də daxil olduğu Bey dairəsində ölənlərin sayı bununla 12 nəfərə çatıb.
Bey dairəsi Birləşmiş Ştatlarda baş verən ən güclü qasırğalardan biri olan Maykl qasırğasının təsirinə ən çox məruz qalan ərazidir.
Associated Press agentliyinə əsasən, Florida ştatında qasırğa nəticəsində 16, Virciniya, Corciya və Şimali Karolina ştatlarında isə 10 nəfərin öldüyü haqda məlumat verib.