Ötən həftə ərzində Myanmanın Raxin ştatında baş verən zorakılıqlar nəticəsində təxminən 400 nəfər ölüb. Onların demək olar hamısı müsəlman üsyançı olub.
Bu məlumat ordunun Facebook səhifəsində paylaşılıb. Orada ölənlərdən 370 nəfərin üsyançı olduğu, 29 nəfərin isə ya polis ya da mülki vətəndaş olduğu bildirilib.
Lakin azlıq Rohingya müsəlmanları icmasının üzvləri kəndlərinə hücum olunduğunu, onlarla insanın öldürüldüyünü, minlərlə insanın isə qaçdığını bildirir.
Şənbə günü Human Rights Watch təşkilatı peyk görüntülərində cümə axşamı Rohingya müsəlmanlarının yaşadığı Çein Xar Li kəndində 700 binanın dağıldığı göstərilir. İnsan haqları qrupu kəndin 99 faizinin dağıldığını və bu dağıntılara yanğınların səbəb olduğunu bildirir.
Birləşmiş Millətlər Təşkilatı azı 38 min insanın Myanmadan Banqladeşə qaçdığını və onların çoxunun Rohingya müsəlmanı olduğunu bildirir. Banqladeşdəki icma liderləri Amerikanın Səsinə deyib ki, Rohingya müsəlmanları ilə birlikdə sərhədi Myanmadakı bir başqa azlıq qrup olan hindular keçib.
Robertson BMT-nin Faktları Araşdıran Missiyası Myanma höküməti ilə əməkdaşlıq etməlidir və “Raxin ştatındakı insan haqları pozuntularını dəyərlənirməli və hücumlara son qoyub, höümətin cavabdehliyini yerinə yetirməsini təmin etməlidir”.
Human Rights Watch bildirib ki, Myanmadan Banqladeşə qaçan qaçqınlar təşkilata Myanma əsgərləri və polislərinin onların evlərini yandırdığını və kənd sakinlərinə qarşı silahla hücum etdiklərini deyib.
Təşkilat Rohingya qaçqınlarının çoxunda təzə güllə yaralarının olduğunu bildirib.
Banqladeşdəki mənbələr son günlərdə sərhədi 60 min insanın keçdiyini deyir.
Didərgin düşənləri yeməklə təmin etmək çətinləşir
Bundan əlavə minlərlə insan kəndlərindən qaçaraq, digər Raxin şəhərlərində ibadətgahlara, məktəblərə və məscidlərə sığınıb. Təcili Yardım Komitəsinin sədr müavini Xin Uin 800 insanın Maunqdav şəhərindəki iki buddist monastırına yerləşdiyini bildirib.
Könüllülər məcburi köçkünlər üçün yemək tapmaqda çətinlik çəkir, deyə o bildirib.
“Bizim içməli suya, ətə, balığa və dərmanlara ehtiyacımız var”, o deyib. Qrup digər icmalardan düyü və başqa ianələr toplayıb, amma hökümətdən çox az ianə alıb.
“Hökümətin yardım agentliyi bizi bir neçə paxla torbası ilə təmin edib. 500 nəfərlik bu paxla yetərli deyil,” Uin deyib.