Accessibility links

McDonald’s-ın yüzlərlə işçisi tətilə hazırlaşır


Çərşənbə, şirkətin səhmdarlarının illik yığıncağı günü ABŞ-ın 20 şəhərində yüzlərlə McDonald's işçisi tətil keçirməyi planlaşdırır.

Tətil COVID-19 pandemiyası zamanı işçilərin təhlükəsizliyinin kifayət qədərt qorunmaması üçün `fast food` zəncirinə təzyiq kampaniyasının bir hissəsidir.

Həmkarlar İttifaqı rəsmiləri azı 17 ştatdakı onlarla McDonald's işçisinin koronavirusa yoluxduğunu bildirib. Son zamanlar 800-dən çox McDonald's işçisi ilə keçirilən sorğudan da məlum olub ki, həmin işçilərin 46 faizi özlərini pis hiss etmələrinə baxmayaraq, işə dissiplinar cəzalar və cərimələr qorxusundan çıxdıqlarını deyib.

Tətil Beynəlxalq İşçilər Birliyi tərəfindən dəstəklənib.

Şirkət bu işçilərin iddialarını rədd edərək, onların 850 min McDonald's işçisini təmsil etmədiyini deyib. Şirkət tətili strateji əhəmiyyətli bir vaxtda təşkil edilən `piar-hiylə` adlandırıb.

Şərhlərə bax

XS
SM
MD
LG