Accessibility links

Rəssam Toğrul Nərimanbəyovun Böyük qoç rəsm əsəri Sotheby's hərracında satılıb


 Rəssam Toğrul Nərimanbəyovun Böyük qoç rəsm əsəri Sotheby's hərracında satılıb
Rəssam Toğrul Nərimanbəyovun Böyük qoç rəsm əsəri Sotheby's hərracında satılıb

Rəsm əsəri Böyük Britaniyanın Sotheby's hərrac evində 68,500 ingilis funtuna satılıb

Azərbaycanrəssamı Toğrul Nərimanbəyovun "Böyük qoç" (1982) rəsm əsəri Böyük Britaniyanın Sotheby's hərrac evində 68,500 ingilis funtuna satılıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Böyük Britaniyanın məşhur "Sotheby's" Hərrac Evində Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə kurator Suad Qarayevadır və onun bu layihənin gerçəkləşməsində mühüm rolu olub.

Toğrul Nərimanbəyov 1930-cu il avqustun 7-də Bakıda doğulub.

1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirib.

Ötən əsrin 50-ci illərindən yaradıcılığa başlayıb.Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə seçilib.

T. Nərimanbəyov 2013-cü il iyunun 2-də Parisdə vəfat edib və orada dəfn edilib.

XS
SM
MD
LG