Accessibility links

Publisist Rafiq Tağı məzarı önündə anılıb [Video]


Rafiq Tağı 2011-ci il noyabrın 19-da işdən evə qayıdarkən küçədə naməlum şəxs tərəfindən bıçaqlanmışdı. O, 4 gün sonra xəstəxanada vəfat etmişdir.

Bıçaqlanaraq öldürülən publisist, yazar və jurnalist Rafiq Tağının avqustun 5-də 66 yaşı tamam olacaqdı.

2011-ci ildə dünyasını dəyişmiş Rafiq Tağının bu gün məzarı üzərinə gül-çiçək dəstələri qoyulub, xatirəsi anılıb.

Mərasimə jurnalistlər, yazıçılar və mərhumun ailə üzvləri qatılıblar.

“Onun yazdıqları kimlərinsə xoşuna gəlmirdi. Ancaq proqnozları özünü qısa zamanda doğrultdu. Elə bilirdilər uzun çəkəcək, amma qısa müddətdə böhranlar baş verdi. Əgər Elmar Hüseynovu, Rafiq Tağını dinləsəydilər, bəlkə də bu böhranlar baş verməzdi” - Turan Agentliyinin rəhbəri Mehman Əliyev mərasimdə çıxış edərək deyib.

O qeyd edib ki, "ölkədə dəyişikliklər qaçılmazdır. Məhz dəyişikliklərdən sonra Azərbaycan azad olacaq."

Araşdırmaçı jurnalist Xədicə İsmayıl da deyib ki, Rafiq Tağının qətlinə görə hələ heç kim cavab verməyib.

“Nə qədər ki, bu qətllər cavabsız qalacaq, biz bu günləri özümüz üçün gözləməli olacağıq. Onun dövründə ritorikası xətalı sayılırdısa, bu gün mövzular adi sayılır. Buna görə də mövzulardan qorxmamalıyıq, çünki başqa çarəmiz yoxdur. Bəziləri Rafiq Tağının qətlində səbəb axtarır, ancaq bu düzgün deyil. Sözə qarşı, vicdan azadlığına qarşı istənilən cinayət pislənməlidir. Bizim ona borcumuz hələ də qalır, danışmaqda davam etməliyik”, X.İsmayıl deyib.​

Yazıçının qəbrini ziyarət edənlərdən arasında Murad Köhnəqala isə Rafiq Tağının həkim kimi fəaliyyətindən söz açıb. O bildirib ki, bəzən Rafiq Tağı xəstələrinin xərclərini də özü qarşılayırdı:

"Rafiq Tağının istintaqı da alayarımçıq aparıldı. Qatilin video görüntüləri danıldı. Hiss olunurdu ki, hansısa qüvvələrdən qorxurlar. Qüvvələr də, təbii ki, İran qüvvələri idi. Belə ki, yazıçının qətlinə fətva oradan gəlmişdi. Çox təəssüflər olsun ki, elə onun özünü xəstəxanada öldürdülər."

Rafiq Tağı 2011-ci il noyabrın 19-da işdən evə qayıdarkən küçədə naməlum şəxs tərəfindən bıçaqlanmışdı. O, 4 gün sonra xəstəxanada dünyasını dəyişmişdir.

R.Tagının ölümü ilə bağlı cinayət işi açılıb, amma 2014-cü ildə iş üzrə icraat dayandırılıb. Prokurorluq cinayət işi üzrə qərarını belə əsaslandırıb:

“Təqsirləndirilən qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq, iş üzrə icraat dayandırılıb”

İctimaiyyət onun yazılarına görə hədəfə alındığını düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG