Accessibility links

“Sərhədsiz Reportyorlar”: Rauf Mirqədirova bəraət verilməlidir


Dekabrın 16-da prokuror onun 7 il azadlıqdan məhrum edilməsini istəyib

“Sərhədsiz reportyorlar” təşkilatı açıqladığı bəyanatda bildirib ki, Azərbaycan məhkəməsi, nəhayət, müstəqil jurnalist Rauf Mirqədirovun azad edilməsi barədə qərar çıxarmalıdır. O, 2014-cü ilin aprelində dövlətə xəyanət kimi uydurma ittiham ilə həbs olunub.

Dekabrın 16-da prokuror onun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

“Xədicə İsmayılova, Hilal Məmmədov və bir çoxlarının məhkəməsində olduğu kimi, R.Mirqədirovun məhkəməsinin də ədalət mühakiməsinə aidiyyatı yoxdur”, - “Sərhədsiz reportyorlar”ın bəyanatında deyilir.

“Biz hakimiyyəti bu təqiblərə son qoymağa və Rauf Mirqədirovu azad etməyə çağırırıq. Belə ki, 18 aylıq həbs müddətində onun səhhəti pisləşib”, - sənəddə qeyd olunur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG