Accessibility links

“Sərhədsiz Reportyorlar” jurnalist Əfqan Sadıqov barəsində hökmü pisləyib


Sərhədsiz Reportyorlar” təşkilatı Cəlilabad rayonunda sayt redaktoru Əfqan Sadıqovun 30 ay müddətinə həbs olunması barədə hökmü pisləyir.

"Bu hökmü yerli məhkəmə yanvarın 12-də qadını "açqıq-aşkar qondarma döymə” ittihamı ilə çıxarıb", təşkilatın bəyanatında bildirilir.

Bəyanatda xatırladılıb ki, Sadıqov tez-tez Cəlilabadda və ona yaxın digər rayonlarda təsərrüfatsızlıq və insan hüquqlarının pozulması faktları, xüsusən, yolların pis vəziyyəti, infrastrukturun dəhşətli vəziyyətdə olması və dövlət vəsaitinin mənimsənilməsi haqqında yazan azel.tv saytının redaktorudur.

“Bu Avropa İnsan Hüquqları Konvensiyasında, Vətəndaş Hüquqları və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda zəmanət verilmiş media azadlığı hüququnun daha bir kobud pozuntusudur”, sənəddə qeyd edilir.

“Əfqan Sadıqov azad edilməli, ona qarşı əsassız ittihamlar isə apellyasiya ilə ləğv olunmalıdır.

Jurnalistlər xaricə getdikdən sonra da hökuməti tənqid etməyə davam edirsə, hakimiyyət onların qohumlarını həbs edir”, bəyanatda bildirilir.

XS
SM
MD
LG